İş quranlar üçün oxunmalı maliyyə kitabları

Redaktor

21.12.2025 08:30
90

İş quranlar üçün oxunmalı maliyyə kitabları - SƏHƏR OXUSU

Kitablar, düzgün maliyyə qərarları vermək üçün bələdçi sayılır. Onlar təkcə bilik mənbəyi deyil, həm də insanı istənilən mövzuda istiqamətləndirən faydalı vasitədir. Əgər maliyyə məsələlərində ən sərfəli qərarları vermək istəyirsinizsə, aşağıda sadalanan şəxsi maliyyə üzrə ən yaxşı kitabları oxumağınız tövsiyə olunur. Bəlkə də, elə bu siyahıdakı bir kitab sizə milyonçu olma yolunda lazım olan ipucunu verəcək.

Secrets of the Millionaire Mind – T. Harv Eker
Müəllifə görə, zənginliyin açarı yalnız təhsil deyil, həm də düşüncə tərzinin dəyişməsidir. Kitab varlı insanların inanc və düşüncələrini öyrənmək üçün əla vasitədir.

The Law of Divine Compensation – Marianne Williamson
Pul, möcüzələr və iş haqqında yazılmış bu kitab maliyyə sahəsində ruhani yanaşma təqdim edir.

The Science of Getting Rich – Wallace D. Wattles
Bu klassik kitab var-dövlət yaratmağın psixologiyasını və zənginliyə münasibətin əhəmiyyətini vurğulayır.

The Millionaire Next Door – Thomas J. Stanley və William D. Danko
Zənginlərin həyat tərzi və maliyyə vərdişləri barədə məlumat verən bu kitab şəxsi maliyyə planlamasında yol göstəricidir.

Security Analysis – Benjamin Graham və David Dodd
Fundamental səhmlərin qiymətləndirilməsi üzrə "bibliya" sayılan bu kitab dəyər əsaslı investisiyaya marağı olanlar üçün vacib mənbədir.

Think and Grow Rich – Napoleon Hill
Hələ də aktual olan bu kitab zənginliyə gedən yolu addım-addım araşdırmalarla izah edir.

The Intelligent Investor – Benjamin Graham və Jason Zweig
Həm yüksəlişdə, həm də enişdə olan bazar dövrlərində sərmayəçilərə praktik məsləhətlər təqdim edir.

The Wealthy Barber – David Chilton
Sərfəli maliyyə planlaması üçün sadə və əyləncəli dildə yazılmış bu kitab maliyyə qərarları üçün vacib konsepsiyaları izah edir.

Jim Cramer’s Get Rich Carefully – Jim Cramer
Maliyyə bazarlarında uğur üçün məntiq və araşdırmaya əsaslanan yanaşmanı paylaşan kitabdır.

How to Get Out of Debt, Stay Out of Debt, and Live Prosperously – Jerrold Mundis
Borclardan azad olub maliyyə azadlığına doğru yol göstərən təcrübəyə əsaslanan bir kitabdır.

The Truth About Money – Ric Edelman
Maliyyə planlaması barədə ciddi məlumatları yumor və illustrasiyalarla təqdim edən bu kitab həm informativ, həm də əyləncəlidir.

Common Sense on Mutual Funds – John C. Bogle
"Vanguard Group"un qurucusu tərəfindən yazılmış bu kitab mutual fondlara sərmayə yatıranlar üçün sağlam məsləhətlər təqdim edir.

Competitive Strategy – Michael E. Porter
Harvard Biznes Məktəbinin professoru sənaye strategiyalarının əsaslarını bu kitabda izah edir.

A Random Walk Down Wall Street – Burton G. Malkiel
1973-cü ildə nəşr olunmuş bu klassik kitab investisiya növlərini və bazarın əsas prinsiplərini oxuculara tanıdır.

Hər il maliyyəmizi yaxşılaşdırmaqla bağlı yeni qərarlar qəbul etsək də, bu məqsədə çatmaq üçün doğru informasiya və bilik mütləqdir. Bu kitablar şəxsi maliyyə bünövrəsini möhkəmləndirmək, düzgün qərarlar vermək və arzulara çatmaq üçün güclü motivasiya və praktiki istiqamət verir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tovuzda heyvan bazarı nə vaxt açılacaq? - VİDEO

21.12.2025

Pul yatanda azalır, işləyəndə isə çoxalır

21.12.2025

“Bizim süfrə” müştərini aldadıb? - İddia

21.12.2025

"ChatGPT" istifadəçinin istəyi ilə öz “şəxsiyyətini” dəyişməyi öyrəndi

21.12.2025

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Bazarda aşağı qiymətə yeni növ peyda olub

21.12.2025

Maskın sərvəti 700 milyard dolları keçdi

21.12.2025

İş quranlar üçün oxunmalı maliyyə kitabları - SƏHƏR OXUSU

21.12.2025

Rezidentura imtahanlarının elektron variantı hazırdır - Məleykə Abbaszadə

20.12.2025

MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO

20.12.2025

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

20.12.2025

ABŞ məhkəməsindən 56 milyard dollarlıq İlon Mask qərarı

20.12.2025

Əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan?

20.12.2025

Ən yaxşı krossoverlər açıqlandı

20.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

20.12.2025

“Ford” 300 minə yaxın avtomobilini geri çağırır

20.12.2025

Pensiyalar bu tarixdə tam ödəniləcək

20.12.2025

İş adamının 8 milyonluq əmlakı müsadirə olundu - İçində məşhur hotel də var

20.12.2025

Bu bazar yenidən açıldı

20.12.2025

30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı - Messi və Ronaldo yoxdur

20.12.2025

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

20.12.2025

Məzənnə

Yüklənir...