Bu ölkədə zənginlərdən əlavə vergilər alınacaq

Redaktor

21.12.2025 20:15
132

Bu ölkədə zənginlərdən əlavə vergilər alınacaq

Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi üçün fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.

Valyuta.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sənəddə varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.

Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər vasitəsilə 16 trilyon peso (təxminən 4.2 milyard dollar) toplamağı planlaşdırır.

Xatırladaq ki, dekabrın 17-də "Fitch" reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi xroniki olaraq yüksək büdcə kəsirini göstərib.

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...