Redaktor
Qlobal neft hasilatının artım tempi 2024-2025-ci illərdə tezləşəcək -PROQNOZ
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.
OPEC-in aylıq hesabatına görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 70,55 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,15 mln. barel çoxdur. Belə ki, hasilatın artım tempinin 1,19 mln. barel (öncəki proqnoz – 1,34 mln. barel) səviyyəsində olacağı ehtimal olunur.
Proqnoza əsasən, 2025-ci ildə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 71,82 mln. barel olacaq (öncəki proqnoz – 71,67). Gələn il üçün artım tempi üzrə göstəricisini isə OPEC 1,27 mln. barel (öncəki proqnoz göstəricisinə bərabərdir) həcmində olacağını proqnozlaşdırır.
Hesabata əsasən, ötün il qlobal gündəlik neft hasilatı 69,36 mln. barel təşkil edib, bu da öncə verilən proqnoz göstəricidən 0,3 mln. barel çoxdur. Beləliklə, 2023-cü ildə qlobal gündəlik neft hasilatı üzrə artım tempi 3,55 mln. barel səviyyəsində olub.
Xatırladaq ki, 2022-ci ildə sözügedən göstərici 65,81 mln. barel həcmində olub. 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.
© APA
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Larry Ellison bir gündə 25 milyard dollar itirdi
13.12.2025Siqaret istehsalında milyard ədədlik artım
13.12.2025Azərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür - VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025