Polşa 30 milyard dollarlıq meqa-aeroport tikir: Avropanın ən böyüklərindən biri olacaq

Redaktor

23.12.2025 14:54
106

Polşa 30 milyard dollarlıq meqa-aeroport tikir: Avropanın ən böyüklərindən biri olacaq

Polşada 2026-cı ildə uzun müddətdir planlaşdırılan və ölkə hakimiyyəti tərəfindən Avropaya açılan qapı, həmçinin regionun ən iri nəqliyyat qovşaqlarından biri kimi təqdim edilən “Port Polska” meqa-aeroportunun tikintisinə start veriləcək.

Valyuta.az xəbər verir ki, “Euronews Travel” nəşrinin yazdığına görə, Varşava ilə daha kiçik Lodz şəhəri arasında yerləşəcək yeni nəqliyyat mərkəzinin 2032-ci ildə açılması planlaşdırılır. Layihənin icrası üçün artıq 131 milyard Polşa zlotisi, yəni təxminən 30 milyard dollar məbləğində vəsait ayrılıb.

Aeroportun illik təxminən 40 milyon sərnişinə xidmət göstərəcəyi gözlənilir ki, bu da onu Londonun “Hitrou” və İstanbul hava limanı ilə eyni səviyyəyə çıxarır.

Aeroport layihəsi hələ 2017-ci ildə təsdiqlənsə də, əvvəlki hökumətlə bağlı korrupsiya qalmaqalı səbəbindən onun reallaşdırılması prosesi dayandırılmışdı.

2023-cü ildə seçilən Polşanın hazırkı baş naziri Donald Tusk layihəyə “təmiz başlanğıc” veriləcəyini vəd edib və bildirib ki, bu nəqliyyat mərkəzi ölkə daxilində və xaricində səyahətləri tamamilə dəyişəcək.

Gözləntilərə görə, “Port Polska” üzərindən həyata keçirilən reyslər Polşanı əsas beynəlxalq istiqamətlərlə birləşdirəcək. Eyni zamanda, hava limanı ilə ölkənin əsas şəhərləri — Krakov, Qdansk və Vrotslav arasında sürətli dəmir yolu əlaqəsi qurulacaq.

Hakimiyyət hesab edir ki, sərnişinlərin təxminən 40 faizi Varşavadan qatarla hava limanına gələcək və bu yol təxminən 20 dəqiqə çəkəcək. Bundan əlavə, aeroportun ölkənin digər bölgələri ilə birləşdirilməsi üçün avtomagistral sistemi də inşa olunacaq.

Donald Tuskun sözlərinə görə, layihə çərçivəsində dünyanın hər yerindən 24 saat fasiləsiz uçuşların həyata keçirildiyi, regionun ən böyük nəqliyyat qovşağı və Avropanın ən sürətli dəmir yolu şəbəkəsi yaradılacaq.

Aeroportun tikintisi üçün 2 585 hektarlıq geniş ərazi ayrılıb. İlkin mərhələdə hava limanı təxminən 4 000 metr uzunluğunda iki paralel uçuş-enmə zolağı ilə fəaliyyətə başlayacaq. Gələcəkdə üçüncü, hətta dördüncü zolağın əlavə edilməsi də planlaşdırılır.

Uçuş-enmə zolaqlarının yaxınlığında sərnişin terminalı və dəmir yolu stansiyası yerləşəcək. Nəqliyyat qovşağının layihələndirilməsi ilə britaniyalı memarlıq studiyası “Foster + Partners” məşğuldur. Şirkət burada yaşıllıqla zəngin, təbii işıqla dolu yerüstü transfer meydanı yaratmağı vəd edir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

İran bu ölkəyə qaz tədarükünü dayandırdı

23.12.2025

Fərid Əhmədov yeni rəis müavini təyin etdi

23.12.2025

Türkiyədə minimal əməkhaqqı artırıldı

23.12.2025

Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

23.12.2025

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi  - FOTOLAR

23.12.2025

Teleqramın Rusiyada nə vaxt bloklanacağı açıqlandı

23.12.2025

Robert Kiyosaki: “Uduzanlar pullarını məhz belə xərcləyir”

23.12.2025

"Paramount" 40 milyard dollarlıq Ellison zəmanəti ilə təklifini yeniləyib

23.12.2025

Elmar Baxşıyev istefaya göndərildi

23.12.2025

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

23.12.2025

Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

23.12.2025

Azərbaycan və Türkiyə 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər

23.12.2025

"Pepsi"nin uğur hekayəsi: Bir içki brendi bazarda necə populyarlaşdı və qlobal imperiyaya çevrildi

23.12.2025

Elşad Abdullayevə hökm oxunub

23.12.2025

Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

23.12.2025

Azərbaycan şirkətləri Türkiyəyə 21 milyard dollar yatırım ediblər

23.12.2025

Komitə sədri Tofiq Bəhramovun nəvəsinin yerinə onu gətirdi

23.12.2025

Ruslan Eyyubov həbs edilib - Bu maddələrlə ittiham olunur

23.12.2025

“Unibank”da yeni TƏYİNAT

23.12.2025

Məzənnə

Yüklənir...