Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

Redaktor

23.12.2025 16:50
110

Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

"2026-cı ildə Azərbaycanda Türk Dünyası İnvestisiya və Biznes Forumu təşkil ediləcək". 

Valyuta.az xəbər verir ki, bu barədə “MÜSİAD Azərbaycan” İctimai Birliyinin növbəti V Ümumi Yığıncağında çıxışı zamanı MÜSİAD-ın sədri Burhan Özdemir məlumat verib.

Burhan Özdemir bildirib ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) hazırda 60 mindən artıq şirkəti bir araya gətirən, ölkə daxilində 78, xaricdə isə 84 ölkə və nümayəndəlik nöqtəsi ilə beynəlxalq fəaliyyət göstərən bir təşkilatdır. Qurum təkcə Türkiyədə 3 milyondan artıq məşğulluğa töhfə verir və daxili vergi gəlirlərinin təxminən 30 faizinə yaxın qatqı təmin edir.

Onun sözlərinə görə, MÜSİAD dünyanın bütün qitələrini əhatə edən struktura malikdir və xaricdəki təşkilatlarında 4 minə yaxın qeydiyyatlı üzv fəaliyyət göstərir. Azərbaycan isə tarixi və strateji mövqeyinə görə bu təşkilat üçün xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan filialımız iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməklə yanaşı, Türk iş dünyasının birliyinin sahədəki konkret nümunələrindən biri kimi də önə çıxır. MÜSİAD bu coğrafiyada istehsal, ticarət və investisiya üçün güclü əməkdaşlıq mühiti yaratmağı strateji məsuliyyət kimi qiymətləndirir. 2026-cı ildə Azərbaycanda Türk Dünyası İnvestisiya və Biznes Forumu təşkil etməyi planlaşdırırıq”, - deyə sədr vurğulayıb.

O, çıxışı zamanı həmçinin qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklər fonunda Türk iş dünyasının dayanıqlı və əhatəli iqtisadi sistemlərə ehtiyac duyduğunu qeyd edib:

“Bu gün dünya əvvəlki etibarını itirmiş ticarət qaydaları, maliyyə sistemləri və geosiyasi balansların pozulduğu bir dövrdən keçir. İqtisadi dalğalanmalar, regional münaqişələr, enerji və ərzaq böhranı, iqlim dəyişikliyi və texnoloji transformasiya bütün ölkələri yeni tarazlıq axtarışına vadar edir. Belə bir şəraitdə məsələ təkcə iqtisadi uğur deyil, həm də sosial tarazlığın qorunması və qlobal qeyri-müəyyənliklər qarşısında rasional mövqe sərgiləməkdir”.

Özdemir əlavə edib ki, bu proseslər fonunda iqtisadiyyatımızı daha dayanıqlı və inklüziv bir sistem üzərində qurulması zəruridir.

Tənzilə Ağabalayeva 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

24.12.2025

İran bu ölkəyə qaz tədarükünü dayandırdı

23.12.2025

Fərid Əhmədov yeni rəis müavini təyin etdi

23.12.2025

Türkiyədə minimal əməkhaqqı artırıldı

23.12.2025

Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

23.12.2025

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi  - FOTOLAR

23.12.2025

Teleqramın Rusiyada nə vaxt bloklanacağı açıqlandı

23.12.2025

Robert Kiyosaki: “Uduzanlar pullarını məhz belə xərcləyir”

23.12.2025

"Paramount" 40 milyard dollarlıq Ellison zəmanəti ilə təklifini yeniləyib

23.12.2025

Elmar Baxşıyev istefaya göndərildi

23.12.2025

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

23.12.2025

Azərbaycanda həkimlərin hərbi xidmət müddətinin azaldılması təklif olunur

23.12.2025

Azərbaycan və Türkiyə 150 milyonluq Müstəqil Dövlətlər Birliyi məkanında gömrük rüsumu olmadan ticarət aparmaq imkanına malikdirlər

23.12.2025

"Pepsi"nin uğur hekayəsi: Bir içki brendi bazarda necə populyarlaşdı və qlobal imperiyaya çevrildi

23.12.2025

Elşad Abdullayevə hökm oxunub

23.12.2025

Burhan Özdemir: "Bu gün məsələ yalnız iqtisadi uğur deyil"

23.12.2025

Azərbaycan şirkətləri Türkiyəyə 21 milyard dollar yatırım ediblər

23.12.2025

Komitə sədri Tofiq Bəhramovun nəvəsinin yerinə onu gətirdi

23.12.2025

Ruslan Eyyubov həbs edilib - Bu maddələrlə ittiham olunur

23.12.2025

“Unibank”da yeni TƏYİNAT

23.12.2025

Məzənnə

Yüklənir...