Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

Redaktor

24.12.2025 14:39
132

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də kişi cinsindən olan işçilərin övladının dünyaya gəlməsi ilə bağlı ödənişli məzuniyyət hüququnun təmin edilməsidir. Əmək Məcəlləsinin 125-ci maddəsinə (“Hamiləliyə və doğuşa görə məzuniyyətlər”) əlavə edilməsi təklif olunan bəndə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə, ümumilikdə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, Beynəlxalq Əmək Təşkilatının “Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və imkanlar haqqında” 165 nömrəli tövsiyəsinə görə, hər iki valideyn - həm ana, həm də ata doğuşdan dərhal sonra müəyyən müddət ərzində uşağa qulluq etmək üçün məzuniyyətə çıxmaq imkanına malik olmalıdır. Təklif edilən və şərti olaraq “atalıq məzuniyyəti” adlandırılan bu dəyişikliyin də həmin tövsiyəyə uyğun hazırlandığını demək olar: “Təklif edilən “atalıq məzuniyyəti” ilə bağlı bir neçə əsas məqama diqqət yetirək. Birinci məqam ondan ibarətdir ki, işçi bu ödənişli məzuniyyətdən istifadə etmək üçün uşağının doğulması ilə əlaqədar tibb müəssisəsi tərəfindən verilmiş arayışı işəgötürənə təqdim etməlidir. İkinci məqam isə 14 günlük ödənişli məzuniyyətin istifadə dövrü ilə bağlıdır. Təklifə əsasən, bu məzuniyyət doğuşdan əvvəl və ya doğuşdan sonrakı dövrdə tam şəkildə istifadə edilə bilər”.

A.Bayramov dəyişiklikdə diqqətçəkən məqamlardan birinin kişi işçilər üçün nəzərdə tutulan 14 günlük ödənişli məzuniyyətin hesablanması qaydası ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 177-ci maddəsinin (“Orta əməkhaqqı və onun hesablanması qaydası”) 5-ci bəndinə təklif edilən dəyişikliklə “atalıq məzuniyyəti” dövründə əməkhaqqının da məhz həmin maddəyə uyğun hesablanması nəzərdə tutulur. Bu zaman illik əmək məzuniyyətində olduğu kimi, son 12 ay üzrə gəlirlər əsas götürülməyəcək: “Belə ki, işçi “atalıq məzuniyyəti”ndən istifadə etdikdə, 14 təqvim gününə təsadüf edən iş günlərinə görə əməkhaqqının hesablanması Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun həyata keçiriləcək. Məsələn, əgər məzuniyyət dövrünə təsadüf edən iş günlərinin sayı 10 gün təşkil edərsə, bu halda işəgötürən işçinin son iki ay üzrə bir iş gününə düşən orta əməkhaqqını müəyyən edərək, həmin məbləği 10 iş gününə vurmaqla “atalıq məzuniyyəti” üçün ödəniləcək məbləği hesablayacaq”.

©Vergiler.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

24.12.2025

Avstraliya Amerika şirkətinə 1,2 milyard dollara ada satdı

24.12.2025

Ən etibarlı 10 BMW avtomobili seçildi

24.12.2025

Azərbaycanın Xorvatiyaya neft ixracından gəliri 24% azalıb

24.12.2025

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Məzənnə

Yüklənir...