Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

Redaktor

24.12.2025 14:10
111

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

2025-ci ildə kiberhakerlər kriptovalyuta bazarından ümumilikdə 2,7 milyard dollar vəsait oğurlayıb. Bu, kripto tarixində qeydə alınmış ən böyük illik itkidir.

Valyuta.az xəbəər verir ki, Blokçeyn monitorinq şirkətlərinin məlumatına görə, il ərzində kriptobirjalar Web3 və DeFi layihələrinə qarşı onlarla kiberhücum baş verib. Ən böyük hadisə Bybit birjasına edilən hücum olub. Nəticədə hakerlər təxminən 1,4 milyard dollar dəyərində kriptovalyuta ələ keçiriblər. Hücumun arxasında Şimali Koreya hökumətinə bağlı haker qruplarının dayandığı bildirilir.

Bu hadisə kripto tarixində ən iri məlum oğurluq, həmçinin bəşəriyyət tarixindəki ən böyük maliyyə talanlarından biri hesab olunur. Müqayisə üçün, 2022-ci ildə Ronin Network və Poly Network hücumlarında oğurlanan məbləğlər 624 və 611 milyon dollar olub.

Kriptovalyuta analitik şirkətləri Chainalysis və TRM Labs 2025-ci il üzrə ümumi itkini 2,7 milyard dollar olaraq təsdiqləyib.

Hesabatlara görə, il ərzində ən azı 2 milyard dollar kriptovalyuta Şimali Koreya mənşəli haker qrupları tərəfindən oğurlanıb. Qiymətləndirmələrə əsasən, bu qruplar 2017-ci ildən bu yana 6 milyard dollara yaxın kripto vəsaiti ələ keçirib.

Digər iri hücumlar arasında Cetus (223 mln. dollar), Balancer (128 mln. dollar) və Phemex (73 mln. dollardan çox) yer alır.

Qeyd edək ki, 2023-cü ildə kripto oğurluqları 2 milyard dollar, 2024-cü ildə isə 2,2 milyard dollar səviyyəsində olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

24.12.2025

Avstraliya Amerika şirkətinə 1,2 milyard dollara ada satdı

24.12.2025

Ən etibarlı 10 BMW avtomobili seçildi

24.12.2025

Azərbaycanın Xorvatiyaya neft ixracından gəliri 24% azalıb

24.12.2025

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Məzənnə

Yüklənir...