Redaktor
Sığorta Agentliyinin sabiq direktoru həbs edildi
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elmar Qasımov 7 il müddətə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.
Qeyd edək ki, onunla bağlı istintaq və məhkəmə dövründə həbs olmayan qətimkan tədbiri seçilmişdi.
İttihama görə, Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Dövlət Siğorta Agentliyinə 200 min manatdan çox maddi ziyan vurub.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.
İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
©Report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib
05.03.2026Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"
05.03.2026
İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?
05.03.2026Bank müştərilərinin neçə nəfəri vətəndaşlardır?
05.03.2026Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"
05.03.2026“Atəşgah Həyat”ın yığımlarında 1,6 milyonluq azalma qeydə alınıb
05.03.2026İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi
05.03.2026