Redaktor
"Apple" yeni və daha ucuz noutbuk modelini təqdim edib
"Apple" Mac kompüter ailəsinə yeni və daha əlçatan qiymətə malik "MacBook Neo" modelini əlavə etdiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, yeni model daha geniş istifadəçi kütləsini hədəfləyən giriş səviyyəli Mac kimi təqdim olunur.
"MacBook Neo" "A18 Pro" prosessoru ilə təchiz olunub və 256 GB başlanğıc yaddaşla təqdim edilir. "Apple" bildirir ki, bu çip enerji səmərəliliyi və gündəlik istifadə performansı arasında balans yaradır. Prosessor çoxlu tapşırıqların icrası, internet istifadəsi, ofis proqramları, video izləmə və sadə foto redaktə kimi əməliyyatlarda stabil performans təqdim edir.
Yeni model 13 düymlük "Liquid Retina" ekran ilə təchiz edilib. Ekran yüksək piksel sıxlığı, geniş rəng diapazonu və "True Tone" texnologiyası ilə gəlir. Dizayn baxımından isə "Apple"ın nazik və yüngül korpus xətti qorunub saxlanılıb. "MacBook Neo" "Silver", "Blush", "Indigo" və "Citrus" kimi müxtəlif rəng seçimləri ilə təqdim olunur.

"Apple"ın məlumatına görə, cihaz bir şarjla 16 saata qədər işləyə bilir. Bağlantı imkanları sırasında iki "USB-C" portu və 3,5 mm qulaqcıq girişi yer alır. Bundan əlavə, model "Wi-Fi 6E" və "Bluetooth" dəstəyi ilə gəlir. Cihazda 1080p "FaceTime" kamera və "Spatial Audio" texnologiyasını dəstəkləyən səs sistemi də mövcuddur.

"MacBook Neo" ən son "macOS" əməliyyat sistemi ilə təqdim olunur və "iPhone" ilə "AirDrop", "Handoff", "Mesajlar" və "Universal Control" kimi funksiyalar vasitəsilə "Apple" ekosisteminə inteqrasiya olunur.
Şirkətin açıqlamasına görə, "MacBook Neo" üçün ön sifarişlər artıq başlayıb, cihazın satışına isə 11 mart 2026-cı ildən start veriləcək.
Cihaz toxunma ekranına malik olmasa da, “MacBook Air” və ya “MacBook Pro” üçün 1000 dollardan çox pul xərcləmək istəməyən, lakin “iPad”dən daha çox noutbuka bənzər cihaz axtaran istifadəçilər üçün cəlbedici seçim ola bilər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSamir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"
05.03.2026“Atəşgah Həyat”ın yığımlarında 1,6 milyonluq azalma qeydə alınıb
05.03.2026İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi
05.03.2026