Redaktor
Maaşın azdır, yoxsa sən çox xərcləyirsən? - Ekspert
Ayın sonu maaş alırıq. Bəziləri eyni maaşı növbəti ayın sonuna qədər idarə edə bildiyi halda, digərləri qısa müddətdə bütün maaşını xərcləyir və əlavə borclanma ilə üzləşir. Bəs maaş daxil olan gün pulu necə bölmək lazımdır ki, ay sonuna çatsın, əlavə xərc və ya borc yaranmasın?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, bu, birbaşa ailə büdcəsinin düzgün tərtib olunması ilə bağlıdır. Onun sözlərinə görə, maaşın məbləği burada önəmli rol oynasa da, əsas məsələ xərclərin əvvəlcədən planlaşdırılmasıdır:
“Hamının xərci eyni deyil. Ancaq ümumi prinsiplər var. Hər kəs öz aylıq xərclərini bilir. Aylıq xərc dedikdə bütün ailə üzvlərinin yeməyi, içməyi, gündəlik tələbatı, kommunal ödənişlər nəzərdə tutulur. Bu məbləğ maaş daxil olan kimi ayrılmalı və toxunulmaz pul olmalıdır. Bundan əlavə, zəruri olmayan, lakin lazım ola biləcək xərclər var. Amma çalışmaq lazımdır ki, pulun bir hissəsi mütləq yığıma yönəldilsin”.
Ekspert qeyd edir ki, hazırkı dövrdə pul yığmaq getdikcə çətinləşir. Bunun əsas səbəbi insanların maliyyə vəziyyətinin zəifləməsi, xərclərin və qiymətlərin artması, gəlirlərin isə azalmasıdır. Buna baxmayaraq, maliyyə nəzarətindən imtina etmək düzgün yanaşma deyil.

Mövzu ilə bağlı İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov da işçilərin maaş xərcləməsində müşahidə etdiyi əsas məqamlara toxunub. Onun sözlərinə görə, insanların xərcləri adətən gəlirlərinə uyğun şəkildə dəyişir:
“Unutmaq olmaz ki, sizin dəyişməz və zəruri xərcləriniz aylıq maaşınızdan çoxdursa, bu halda ya iş yerini dəyişmək, ya da əlavə qazanc mənbələri haqqında düşünmək lazımdır. Ümumən insanın xərci gəliri nisbətində dəyişir. Məsələn, əvvəl gəliriniz ucuzluq mağazalarından geyim almağa imkan verirdisə, gəlir artdıqdan sonra brend mağazalardan alış etməyə başlayırsınız. Amma nəticədə ayın sonunda qalan məbləğ yenə də dəyişmir”.
Xəyyam Əsgərov bu problemin qarşısını almaq üçün maaşın planlı və nizamlı şəkildə bölüşdürülməsinin vacibliyini vurğulayır və praktik üsullar təklif edir.
Onun sözlərinə görə, bu məqsədlə ən effektiv modellərdən biri “50/30/20” qaydasıdır: "Bu modelə əsasən, aylıq gəlirin 50 faizi zəruri xərclərə - kirayə, kommunal ödənişlər, nəqliyyat və yeməyə ayrılmalıdır. Gəlirin 30 faizi şəxsi xərclər - geyim, kafe, əyləncə və şəxsi istəklər üçün nəzərdə tutulur. Qalan 20 faiz isə yığım və ya borcların ödənilməsi üçün ayrılmalıdır".

Ekspert bildirir ki, maaş kartda qaldığı üçün xərclənməyəcəyini düşünmək düzgün deyil. Buna görə də maaş daxil olan kimi vəsait fiziki olaraq bölünməlidir: "Belə ki, 50 faiz əsas xərclər üçün əsas kartda saxlanılmalı, 30 faiz şəxsi xərclər üçün ayrıca kartda və ya elektron pulda yerləşdirilməli, 20 faiz isə yığım kartında və ya nağd şəkildə saxlanılmalıdır. Bu yanaşma xərclərə daha ciddi nəzarət imkanı yaradır Bundan əlavə, ayın 4 həftəyə bölünərək həftəlik xərc limiti təyin edilməsi də tövsiyə olunur. Məsələn, aylıq şəxsi xərclər üçün 300 manat ayrılıbsa, həftəlik limit 75 manat olmalıdır".
Xəyyam Əsgərov gözlənilməz xərclər üçün ayrıca fondun yaradılmasını da vacib sayır. Onun fikrincə, ayda 20-50 manatlıq “gizli xərclər” fondu saxlamaq borclanmanın qarşısını almaq baxımından mühüm rol oynayır.
Ekspert sonda xərclərin izlənməsi üçün mobil tətbiqlərdən və ya Excel cədvəllərindən istifadəni tövsiyə edir: “Monefy”, “Wallet”, “Money Manager” kimi tətbiqlər gündəlik və həftəlik xərclərin qeydiyyatını aparmağa, sonradan isə əsassız xərcləri təhlil edərək onları nəzarət altına almağa kömək edir".
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb”
19.12.2025Laboratoriya təchizatı üçün milyonluq tender elan olunub
19.12.2025TƏBİB tabeli tibb müəssisələrində çalışan 70-ə yaxın rəhbər şəxs işdən çıxarılıb
19.12.2025Bu tarixdən Azərbaycanda elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir
19.12.2025Bu yolların təmirinə 1.4 milyon manat ayrıldı - Sərəncam
19.12.2025Almaniyada əhali elektrik enerjisini pulsuz ala bilər: Bu necə mümkün olacaq?
19.12.2025Avropada turistləri sürətlə cəlb edən üç autsayder ölkə
19.12.2025"Apple" "iPhone Pro"nun dizaynını kökündən dəyişdirəcək
19.12.2025Mağazalarda "MacBook"lar niyə 76 dərəcə bucaqla yerləşdirilir?
19.12.2025Sabahın hava proqnozu
19.12.2025Şahin Bağırov İdarə rəisini vəzifəsindən azad etdi
19.12.2025Banklar müddətli əmanətə nə qədər faiz verir? - CƏDVƏL
19.12.2025
Biznesin İnkişafı Fonduna sədr müavini təyin edilib
19.12.2025Əyləncə sektorunun milyarderləri və sərvətləri açıqlandı - SİYAHI
19.12.2025“Lovable” 330 milyon dollar investisiya alıb
19.12.2025Xəlil Göyüşov camış əti qalmaqalından danışdı: "AQTA-nın açıqlaması qərəzlidir..."
19.12.2025