Redaktor
“Qlobal Hedcinq fondları daşınmaz əmlak ehtiyatlarından başqa hər şeyi satır” - Goldman Sachs
Qlobal hedcinq fondları keçən həftə səhmləri sataraq, azalan bazarlarla bağlı mərclərini artırıb.
Valyuta.az “Goldman Sachs”ın məlumatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trumpın Kanada, Meksika və Çinə tətbiq etdiyi yeni tariflərdən sonra, qlobal səhmlər ucuzlaşıb və ticarət müharibəsinin başlanması ilə iqtisadi artım təhdid altına düşüb.
Hedcinq fondları, Asiyanın inkişaf etmiş bazarlarından başqa, bütün coğrafi bölgələrdə səhmlərini satıb. “Goldman Sachs”ın qeydinə görə, satışlar avqust ayından bəri ən böyük həcmə çatıb, əsasən, sənaye, istehlakçı məhsulları, enerji və rabitə xidmətləri səhmləri satılıb.
Bununla yanaşı, daşınmaz əmlak sektoru hedcinq fondlarının yatırım etdikləri yeganə sahə olaraq qalır. “Goldman Sachs” bildirir ki, fondlar son iki ayda daşınmaz əmlak səhmlərinə ən yüksək sürətlə yatırım edib. Daşınmaz əmlakın inflyasiya mühitində yaxşı performans göstərdiyini qeyd edən Erlen Capital Managementın idarəedici direktoru Bruno Şneller bu sektoru "cəlbedici hedcinq" olaraq xarakterizə edib.
Hedcinq fondları daşınmaz əmlakın artan qiymətləri və kirayə gəlirləri ilə inflyasiya mühitində daha sabit gəlir təmin edəcəyinə inanır. Bu sahə, ticarət müharibələrinin inflyasiya təzyiqlərini artıracağı ehtimalı ilə daha cəlbedici hala gəlib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı
05.03.202645 dəqiqəlik görüş 6 milyon dollarlıq startap ideyasına çevrildi
05.03.2026"İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır" - Mütəxəsis
05.03.2026
Bankların ən çox biznes krediti verdiyi sahələr - CƏDVƏL
05.03.2026
Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib? - MƏBLƏĞ/SAHƏLƏR
05.03.2026Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
05.03.2026Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib
05.03.2026İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək
05.03.2026Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb
05.03.2026Naxçıvan aeroportunun yaxınlığında yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib - RƏSMİ
05.03.2026Borcları ödəməyin ən effektiv yolu: Deyv Remzinin tövsiyə etdiyi metod
05.03.2026İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
05.03.2026İran Naxçıvana dronla zərbələr endirib
05.03.2026Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib ®
05.03.2026Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
05.03.2026Yanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib
05.03.2026Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"
05.03.2026