Redaktor
Kredit faizləri necə aşağı salına bilər? – Təklif
Bankların verdiyi kreditlərn faiz dərəcəsinin aşağı salınması ilə bağlı məsələlər sistemli şəkildə həyata keçirilə bilər.
Bu sözləri Valyuta.az-a bank məsələləri üzr ekspert Əkrəm Həsənov kreditlərin faiz dərəcələrinin optimallaşdırılması haqqında danışarkən deyib.
Ekpsertin sözlərinə görə, kreditlərin faiz dərəcələrinin optimallaşdırılması dedikdə, bu faizlərin ən uyğun şəkildə müəyyən edilməsi nəzərdə tutulur:
“Yəni, kredit faizləri ucuzlaşdırılmalıdır. Bəs burda ən uyğun şəkildə deyiləndə hansı tərəf nəzərdə tutulur, ona baxmaq lazımdır. Əgər bu optimallaşdırma müştərlilər üçün nəzərdə tutulursa, kreditlərin faiz dərəcəsi azaldılmalıdır. Amma necə baş verəcək, ona baxmaq lazımdır. Banklar bunu ancaq öz xoşları ilə edə bilər. Onları kredit faizlərini aşağı salmağa məcbur etmək olmaz”.
Həmsöhbətimiz deyib ki, bu məsələni yenidən tənzimləmək üçün qanun olmalıdır:
“Qanunu isə Milli Məclis qəbul edir. Layihə hazırlanmalı, ictimaiyyətə təqdim edilməlidir, insanlar da bilməlidir ki, bu faiz dərəcələri necə optimallaşdırıla bilər”.
Əkrəm Həsənov deyib ki, banklar isə hələlik kredit faizlərini aşağı endirməyi düşünmür:
“Bunun isə səbəbləri var. Çünki kreditlərin faiz dərəcəsi optimallaşdırılarsa, bank da qoyulan əmanətlərin faiz dərəcələrini aşağı endirsin. Bank əmanəti daha yuxarı faizlə cəlb edirsə, bu faizlər aşağı deyilsə, təbii olaraq, kredit faizləri də ucuzlaşmayacaq.
Qorunan əmanətin faizi 12-dir, bunu da Milli Məclisin qəbul etdiyi qanun layihəsi ilə səlahiyyət verilən Əmanətlərin Sığorta Fondu müəyyən edir. Bu halda yaxşı olar ki, qanun layihəsinə dəyişiklik edilsin, faizlər aşağı salınsın. Belə olarsa, kredit faizləri də aşağı düşər. Yox, əgər biz desək ki, kredit faizləri aşağı düşsün, amma əmanətlərin faizi olduğu kimi qalsın, bu isə daha çox populist çıxış olar. Bütün məsələlər sistemli təşkil edilməlidir”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Larry Ellison bir gündə 25 milyard dollar itirdi
13.12.2025Siqaret istehsalında milyard ədədlik artım
13.12.2025Azərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür - VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025