Karyera yolunda edilən ən böyük səhvlər: 7 qadın rəhbərin etirafları

Redaktor

24.12.2025 08:30
160

Karyera yolunda edilən ən böyük səhvlər: 7 qadın rəhbərin etirafları - SƏHƏR OXUSU

Uğurlu karyera çox vaxt yalnız düzgün qərarların nəticəsi kimi görünür. Halbuki reallıqda bir çox peşəkar uğurun arxasında səhvlər, yanlış seçimlər və zamanında atılmayan addımlar dayanır. Bu səhvlər bəzən insanı dayandırmır, əksinə, daha güclü qərarlar verməyə, fərqli düşünməyə və öz yolunu yenidən qurmağa vadar edir.

Valyuta.az xəbər verir ki, müxtəlif sahələrdə çalışan qadın rəhbərlərin təcrübələri də göstərir ki, karyera yolunda edilən yanlışlıqlar düzgün dərs çıxarıldıqda uğurun vacib hissəsinə çevrilə bilər.

Səhvlər uğura necə çevrildi?

Miriam Airington - Fisher (hüquq şirkətinin sahibi) bildirir ki, onun ən böyük səhvi uzun müddət öz karyera yolunu formalaşdırmaması olub. O, hüquq sahəsində mövcud iş modelini olduğu kimi təkrarladığını, yanlız illər sonra ailə-dostu və çevik bir iş modeli qurmağın mümkün olduğunu anladığını deyir.

Kimberly Paige - Böyük televiziya şəbəkəsində marketinq rəhbəri, sadə ideyaları paylaşmaqdan çəkinməyin səhv olduğunu etiraf edir. Onun sözlərinə görə, mürəkkəb problemləri sadələşdirmək bacarığı karyerasında əsas üstünlüyə çevrilib.

Wei-Shin Lai - Həkimlikdən sahibkarlığa keçən rəhbər isə deyir ki, həmişə “ekspertlərə” kor-koranə inanmaq düzgün deyil. Yanlış məsləhətlər az qala şirkətin bağlanmasına səbəb olub.

Rachel Blank - Tibbi startapın CEO-su, ən böyük peşmanlığının sahibkarlığa gec başlaması olduğunu qeyd edir. O, riskdən qorxmağın bir çox fürsəti gecikdirdiyini vurğulayır.

Amanda Royle - Texnologiya şirkətinin həmtəsisçisi, özünü ikinci plana atmağın və tükənmişliyə məhəl qoymamağın ciddi səhv olduğunu deyir. Onun fikrincə, insan əvvəlcə öz fiziki və psixoloji balansını qorumalıdır.

Tatsiana Kirimava - Mobil tətbiq şirkətinin rəhbəri, imposter sindromunun (özünə inamsızlıq) karyerasına mənfi təsir etdiyini bildirir. O qeyd edir ki, xüsusilə texnologiya sahəsində qadınlar nailiyyətlərini kiçiltməyə meyllidirlər.

Alice Kim - Moda şirkətinin CEO-su isə özünü kifayət qədər ifadə etməməyin və uğurlarını paylaşmamağın onu geridə saxladığını etiraf edir. Onun sözlərinə görə, “səssiz uğur” çox vaxt görünməz qalır.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

24.12.2025

Avstraliya Amerika şirkətinə 1,2 milyard dollara ada satdı

24.12.2025

Ən etibarlı 10 BMW avtomobili seçildi

24.12.2025

Azərbaycanın Xorvatiyaya neft ixracından gəliri 24% azalıb

24.12.2025

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Məzənnə

Yüklənir...