İş tapmaqda çətinlik çəkəcəksiniz - Bu ixtisasları seçənlərin NƏZƏRİNƏ!

Redaktor

11.09.2024 13:19
1,393

İş tapmaqda çətinlik çəkəcəksiniz - Bu ixtisasları seçənlərin NƏZƏRİNƏ!

Amerikada aparılan bir araşdırmaya görə, bəzi ixtisaslar üzrə ali təhsil alan tələbələr məzun olduqdan sonra ciddi problemlərlə qarşılaşırlar. Siyahıda jurnalistika, sosiologiya, sənətşünaslıq, marketinq, siyasi elmlər, biologiya, ingilis dili kimi ixtisaslar yer alıb. 

Maraqlıdır,  Azərbaycanda vəziyyət necədir? Hansı ixtisaslar məzun olandan sonra tələbələrə problemlər yarada bilər?

Valyuta.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, gələcəkdə iş tapmaqda çətinlik yarada biləcək ixtisaslar, sürətlə dəyişən texnoloji inkişaflar, iş bazarının tələbləri və iqtisadi şərtlərə bağlıdır.  Müsahibimiz Azərbaycanda tələbələrə problem yarada biləcək ixtisaslardan da söz açıb:

“Filologiya bu siyahıda yer alan ixtisaslardan biridir. Ədəbiyyat və filologiya ixtisasları üzrə məzunların iş imkanları, əsasən, təhsil və tərcümə sahələri ilə məhdudlaşır. Müəllimlik imkanları mövcud olsa da, bu sahədə artıq kifayət qədər mütəxəssis var. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tərcümə sahəsindəki istifadəsi də bu ixtisasın dəyərini azalda bilər. Səbəb isə rəqəmsal texnologiyaların tərcümə işlərinə təsiri, təhsil sektorunda artıq olan müəllim sayı və məhdud iş yerləri, iş bazarında bu ixtisasa olan tələbatın azalmasıdır. Digər ixtisaslardan biri sosiologiya və sosial elmlərdir.  Sosiologiya və digər sosial elmlər üzrə ixtisaslaşan məzunların iş tapmaqda çətinlik çəkə biləcəyi ehtimal olunur, çünki bu sahələrdə konkret iş imkanları nisbətən məhduddur. Çox vaxt yalnız akademik və tədqiqat sahələrində iş yerləri mövcuddur. Səbəblər isə iqtisadi və sosial tədqiqatlara məhdud dövlət və ya özəl sektor maliyyəsi, sosial elmlər sahəsində məzunlar üçün az sayda akademik iş imkanları, qeyri-kommersiya təşkilatlarında və ya beynəlxalq təşkilatlarda yüksək rəqabətdir”.

Ekspert qeyd edib ki, digər problemli ixtisaslardan biri də sənətşünaslıq və incəsənətdir:

“Sənətşünaslıq və incəsənət sahələrində iş imkanları hər zaman məhdud olub və gələcəkdə də belə davam edəcək. Xüsusilə mədəniyyət və incəsənət sahələrində dövlət dəstəyinin azalması və özəl sektorun marağının aşağı olması bu ixtisaslar üzrə iş tapmaq imkanlarını məhdudlaşdırır. Eyni zamanda politologiya və beynəlxalq münasibətlər də bu siyahıda yer ala bilər. Bu ixtisaslar üzrə məzunlar üçün dövlət və beynəlxalq təşkilatlarda iş yerləri olsa da, rəqabət çox yüksəkdir və az sayda iş imkanı mövcuddur. Diplomatik sahədə işə qəbul prosesləri adətən çox mürəkkəbdir və ciddi tələblər irəli sürülür.  Marketinq və reklam sahəsi də iş məsələsində gələcəkdə tələbələrə problem yarada bilər. Rəqəmsal texnologiyaların inkişafı və süni intellektin tətbiqi ilə bir çox işlər avtomatlaşdırılır. Bu, marketinq və reklam sahələrindəki iş imkanlarının azalmasına səbəb ola bilər. Həmçinin bu sahələrdə artıq çox sayda məzunun olması rəqabəti artırır. Biologiya və təbiət elmləri üzrə ixtisaslaşan məzunlar üçün də iş imkanları, adətən, akademik və ya tədqiqat sahələri ilə məhdudlaşır. Ancaq bu sahələrdə də rəqabət çox yüksəkdir və maliyyə dəstəyi məhduddur. Tətbiqi sahələrdə, məsələn, biotexnologiyada iş imkanları olsa da, burada da ciddi rəqabət mövcuddur”.

K.Əsədov son olaraq bildirib ki, gələcəkdə iş tapmaq perspektivləri üçün tələbələrin dəyişən iş bazarına uyğunlaşmaları, əlavə bacarıqlar öyrənmələri və müxtəlif sahələrdə təcrübə qazanmaları vacibdir. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO

20.01.2026

Prezident: Bir gün Azərbaycandan Ermənistana tranzit təmin ediləcək

20.01.2026

Milyarderlərə saxta Davos biletləri satılıb

20.01.2026

Metroda xətlərin ayrılacağı tarix açıqlandı

20.01.2026

Mərkəzi Bank milyonluq əmlaklarını satışa çıxarıb

20.01.2026

BMT: Qlobal ticarət artımı 2,2 %-ə qədər yavaşlaya bilər

20.01.2026

"Fitch": Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

20.01.2026

Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

20.01.2026

İctimai iaşə dövriyyəsi artıb

20.01.2026

"ChatGPT"də reklamlar necə yayımlanacaq?

20.01.2026

Uşaqlar üçün olan bu məhsul bahalaşdı

20.01.2026

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

20.01.2026

Dərman istehsalına çəkilən xərc 2 dəfəyə yaxın artdı

20.01.2026
İlham Əliyev “Euronews”a müsahibə verdi

İlham Əliyev “Euronews”a müsahibə verdi - FOTOLAR/ YENİLƏNİB

20.01.2026

Prezident İlham Əliyev Davosda “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

20.01.2026

Azərbaycan vətəndaşları Türkiyədən nə qədər mənzil alıb?

20.01.2026

2026-cı ilin ən varlı 10 milyarderi - SİYAHI

20.01.2026

İlham Əliyev Davosda İraq Kürdüstan Regionunun baş naziri ilə görüşüb

20.01.2026

"ClickHouse" 400 milyon dollar investisiya alıb

20.01.2026

Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 mlrd. dollar olub

20.01.2026

Məzənnə

Yüklənir...