Dünya nəhəngini son pulu ilə xilas edən adam

Redaktor

26.11.2025 23:26
155

Dünya nəhəngini son pulu ilə xilas edən adam

Süni intellekt sektorunu bu gün demək olar ki, təkbaşına dominasiya edən "Nvidia"nın qurucusu Censen Huan bir vaxtlar iflasın astanasında dayanmışdı və gözlənilməz anda bir oyun nəhəngindən gələn dəstək şirkəti ayaqda saxladı. Bəs bu nəhəng kim idi?

Valyuta.az xəbər verir ki, “Nvidia” adı son illərdə yaşanan süni intellekt sıçrayışı ilə adətən bütünləşib. Hazırda “Google”, “Meta”, “OpenAI” kimi texnologiya şirkətlərinin data mərkəzlərinin əsasını ABŞ mənşəli bu şirkətin yüksək performanslı çipləri təşkil edir. Sektordakı heç bir əsas oyunçu Santa Klara şəhərindən çıxan bu hardware gücü olmadan yoluna davam edə bilmir.

Lakin bu gün bazar dəyəri beş trilyon ABŞ dollarına çatan heyrətamiz uğur hekayəsi əslində ümidsiz bir sağ qalma mübarizəsindən başlayıb. Şirkətin demək olar ki, heç mövcud olmaya biləcəyi faktı bu yüksəlişi daha da diqqətəlayiq edir.

İflasa 30 gün qalmış: Salfet üzərində doğulan vizion

Şirkətin qurucusu Censen Huan 1993-cü ildə Kris Malakovski və Kertis Prim ilə birlikdə yola çıxanda, üçlük adi bir Amerika restoranında oturub bütün iş planlarını salfetlərin üzərinə yazmışdı. Onların ilkin sərmayəsi 40 min dollardan bir qədər artıq idi.

Lakin başlanğıc heç də ümidverici olmayıb. Şirkətin ilk qrafik çipi böyük uğursuzluqla nəticələnib. “Microsoft” belə bu texnologiyanı nəzərə almayıb və bütün inkişaf xərcləri “Nvidia”nın üzərində qalıb. 1996-cı ilə gəldikdə, həmin vaxtlar 30 yaşlarının əvvəlində olan Huan bu məcburi transformasiyanın ağır nəticələrini yaşayıb. O, 100 nəfərlik komandasının yarısından çoxunu -  60 əməkdaşını işdən çıxarmağa məcbur olub. Həmin dövrü yaşamış bir işçinin dediyinə görə, şirkətdə illərlə belə bir istehza dolaşıb: "İflasa 30 gündən çox uzaq deyilik".

Xilasedici mələk: "Sega"nın kritik investisiyası

“Nvidia” tam bu çətin dövrdəykən, kömək gözlənilməz mənbədən gəlib. Oyun sənayesinin nəhəngi “Sega”nın o vaxtkı prezidenti Şoiçiro İrimaciri Censen Huanın vizionuna və qətiyyətinə inanıb. “Nvidia” hər nə qədər “Sega”nın oyun konsolu üçün nəzərdə tutulan çipi vaxtında təhvil verə bilməsə də, İrimaciri yeni qurulan bu şirkətə böyük dəstək göstərib.

“Sega”nın qalan son beş milyon dollarlıq nağd vəsaitini gözünü qırpmadan “Nvidia”ya yatıran İrimaciri şirkətə nəfəs dərmək imkanı verib. Bu məbləğ şirkətə özünü xilas edəcək yeni çipi hazırlamaq üçün altı aylıq vaxt qazandırlb. Məhz bu kritik dəstək sayəsində “Nvidia” toparlanıb və 1999-cu ildə birjada listinqə çıxaraq rəsmi korporativ həyata qədəm qoyub.

Hamıdan 15 il öndə: Huanın işgüzar yüksəlişi

Bu gün “Nvidia” təxminən 30 min nəfəri çalışdıran, qrafik prosessor bazarında 88 faiz kimi əzici paya sahib bir nəhəngdir. Təkcə ötən il şirkət təxminən 33 milyard dollar mənfəət əldə edib.

Lakin qurucu Censen Huan bu nəhəng uğurun ləzzətini çıxarmaq əvəzinə, hələ də dərin narahatlıq hissi ilə yaşadığını deyir. O, “New York Times Deal Book” Zirvəsində etdiyi çıxışda belə söyləyib: "Bir şirkət qurub həqiqi böhranlardan sağ çıxan hər kəs bu qeyri-müəyyənliyi ömür boyu özü ilə daşıyır".

O, uğuruna baxmayaraq, uğursuzluq qorxusunun heç vaxt tam keçmədiyini vurğulayıb.

Huan tam bir işgüzar kimi tanınır. O, həftəsonu və ya tətil demədən hər gün çalışdığını, səhərin ilk anından yuxuya gedənə qədər şirkəti düşündüyünü bildirir. İşləmədiyi anlarda belə beyninin işə fokuslu olduğunu deyir. Silikon Vadisi standartlarına görə, belə qeyri-adi bir fiqur olan Huan artıq 31 ildir şirkəti fasiləsiz idarə edir; o, əfsanəvi dəri gödəkcəsi və heç ara verməyən iş rejimi ilə tanınır.

Huan uğurunun ən böyük sirrini doğru zamanlamaya bağlayır. “Nvidia” süni intellektin sektor üçün nə qədər həyati olacağını bazarın qalanından təxminən on beş il əvvəl anlayıb. Bu erkən öncəgörü və atılan addımlar şirkəti böyük AI modellərinin öyrədilməsi üçün əsas tədarükçüyə çevirib və hazırkı AI bumunun ən böyük qalibi edib.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...