Bu cərimələr kəskin artırılır

Redaktor

05.12.2025 11:57
64

Bu cərimələr kəskin artırılır

Tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə cərimələr kəskin artırılır.

Valyuta.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə yer alıb.

Təklifə əsasən, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcək.

Bundan əvvəl isə adıçəkilən qanun pozuntularına görə, xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək, vəzifəli şəxslər 250 manatdan 300 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilirdi.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...