Redaktor
Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?
Tender elan edən şirkət, müəyyən olunmuş büdcə çərçivəsində qalib şirkətə tikinti işləri, keytrinq xidməti və digər satınalma ilə bağlı tapşırıqları həvalə edir. Lakin bəzi hallarda qalib şirkətin təqdim etdiyi xidmətin keyfiyyəti gözləntilərə cavab vermir.
Yəni tenderi elan edən şirkət qalib şirkətin xidmətindən, keyfiyyətindən narazı qalarsa, bu halda nə etməlidir?
Mövzu ilə bağlı Valyuta.az-a danışan satınalmalar üzrə mütəxəssis Seymur Hüseynov qeyd edib ki, ilk olaraq, işin hansı hissəsinin müqavilə öhdəliklərinə uyğun yerinə yetirilmədiyi rəsmi məktub vasitəsilə podratçıya bildirilməlidir:
"Ümumi müqavilə praktikasına əsasən, podratçıya nöqsanları aradan qaldırmaq üçün müəyyən müddət verilir. Müqavilədə nəzərdə tutulduğu halda, işin gecikdirilməsinə və ya keyfiyyət standartlarının pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi mümkündür. Əgər podratçı göstərilən iradlara baxmayaraq müqavilə öhdəliklərini yerinə yetirmirsə, sifarişçi təşkilat qanunvericiliyə uyğun olaraq müqaviləyə xitam verə bilər. Pozuntu ciddi xarakter daşıdığı təqdirdə, bu barədə məlumatın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunması mümkündür. Sifarişçiyə maddi zərər dəymişsə, o, məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir".

Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBu xəstəxana Narkoloji Mərkəzə çevrilir
05.12.2025"ADY-nin fəaliyyəti yenidən formalaşdırılır" - Rövşən Rüstəmov
05.12.2025
Tenderi udan şirkət keyfiyyətsiz iş görübsə, sifarişçi nə etməlidir?
05.12.2025Naxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək
05.12.2025Naxçıvanda dəmir yollarının yenidən qurulmasına başlanılıb
05.12.2025“Vinci” startapı 46 milyon dollar investisiya alıb
05.12.2025Azərbaycan nefti cüzi ucuzlaşıb
05.12.2025Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib
05.12.2025"OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib
05.12.2025Avro ucuzlaşır
05.12.2025Bu sektorda işləyənlərin sayı azalır - CƏDVƏL
05.12.20254 sığorta şirkətinin yığımları azalıb - SİYAHI
05.12.2025