Bir qəhvə dükanından yaranan biznes fəlsəfəsi

Redaktor

18.12.2025 08:31
140

Bir qəhvə dükanından yaranan biznes fəlsəfəsi - SƏHƏR OXUSU

Hovard Şults Nyu-Yorkda kasıb bir ailədə böyüyüb. Uşaqlıq illərində atasının dəfələrlə işsiz qalması onun yaddaşında dərin iz buraxıb və bu təcrübə sonradan biznesə baxışını formalaşdırıb.

Valyuta.az xəbər verir ki, o, erkən yaşlarından anlayıb ki, şirkət təkcə qazanc əldə etmək üçün qurulan mexanizm deyil, həm də insanlara təhlükəsizlik və dəyər hissi verməlidir.

Şults karyerasına qəhvə sənayesində başlayanda onun əsas üstünlüyü pul və ya əlaqələr yox, müşahidə qabiliyyəti idi. İtaliyaya etdiyi bir səfər zamanı o, qəhvəxanaların sadəcə içki satılan yer olmadığını, insanların ünsiyyət qurduğu, gündəlik həyatın bir hissəsinə çevrilən məkanlar olduğunu görüb. ABŞ-a qayıdandan sonra bu mədəniyyəti Amerikaya gətirmək ideyası ilə çıxış edib, lakin ilk mərhələdə bu fikir riskli və mənasız sayılıb. Bahalı qəhvənin kütləvi bazarda işləməyəcəyini düşünənlər az olmayıb.

Buna baxmayaraq, Şults geri çəkilməyib və "Starbucks"ı məhsul satan mağazadan çox, insanlara təcrübə təqdim edən bir brendə çevirib. Onun üçün biznesin mərkəzində həmişə insan dayanıb. O, işçiləri adi əməkçi kimi yox, tərəfdaş kimi görüb və onların sosial təminatına xüsusi önəm verib. Bu yanaşma qısa müddətdə xərc kimi görünsə də, uzunmüddətli etimad və sədaqət yaradıb.

Hovard Şultsun hekayəsi göstərir ki, böyük bizneslər hər zaman böyük ideyalarla başlamır. Bəzən uğurun əsasında insanı anlamaq, səbr və prinsiplərə sadiqlik dayanır. Starbucks-ın qlobal brendə çevrilməsi sürətli qərarların yox, ardıcıl və düşünülmüş addımların nəticəsi olub.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...