Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

Redaktor

18.12.2025 16:18
175

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu iş üzrə 5 nəfər-Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov, tanışları-Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilir. Onlardan yalnız Ceyhun Əşrəfov azadlıqdadır.

Fotoda: Ceyhun Əşrəfov

Həbsdə olan müttəhimlərin müdafiəçilərinin ilk vəsatəti də qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Müdafiəçilər deyiblər ki, müvəkkilləri ev dustaqlığına buraxılsalar, dəymiş ziyanın ödənilməsi daha rahat olar.

Bununla bağlı ilk vəsatəti Seymur Məhərrəmovun vəkili Şaiq Mirzəyev qaldırıb. Vəkil deyib ki, 4 milyon manatlıq ziyanın cəmi 200 min manatı müvəkkilinə aiddir. Həmin məbləği də digər müttəhim Zaur Qurbanova verib. Bununla belə müdafiəçi pulun zərərçəkmişə qaytarılmasında maraqlı olduqlarını bildirib.

Şaiq Mirzəyev çıxışının davamında müvəkkilinin saxlanma şəraitindən də şikayət edərək, “Bakı İstintaq Təcridxanasında 2500 nəfər üçün nəzərdə tutulmuş yerdə 5000-dən artıq dustaq saxlanılır”, - deyib.

Fotoda: Quvat Beybutov

Zərərçəkmiş şəxs və prokuror isə Seymurun həbsdən azad edilməsinə qarşı çıxıb. Prokuror Elvin Mirzəyev bu vəsatətə daha sərt münasibət bildirib: “Cinayət işi üzrə ondan başqa daha 4 nəfər mühakimə edilir. Həmin adamların burada oturmasının səbəbkarı birbaşa Seymurdur. Hə, əgər ziyan ödənsəydi, mən özüm də deyərdim ki, ev dustaqlığına buraxılmalarına razıyam. İndiki halda isə vəsatətlə qətiyyən razı deyiləm. Həsab edirəm ki, həbsinin davamına qərar verilməlidir”.

İttihamçının bu mövqeyindən sonra Seymurun vəkili prokuroru cinayət işini oxumamaqda ittiham edib. Prosesə sədrlik edən hakim Zaur Hacıyev mübahisənin genişlənməsinin qarşısını alaraq tərəfləri bir-birinə atmaca atmaqdan çəkinməyə çağırıb, məhkəmədə hüquq dərsi keçməyin də yersiz olduğunu xatırladıb.

Prosesin davamında digər təqsirləndirilən şəxslərin də ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər verilib. Zərərçəkmiş və ittiham tərəfi yalnız təqsirləndirilən Cavid Hüseynlinin həbsdən azad edilməsinə etiraz etməyib. Prokuror bunun səbəbini Hüseynlinin dəymiş ziyanın əksər hissəsini-927 min manatı ödəməsi ilə əsaslandırıb: “Cavid əvvəllər də eyni tərkibli cinayətlə bağlı məhkum edilib. Elə ona görə bilir ki, ziyanı ödəmək lazımdır. Belə desək, hüquqi cəhətdən maariflənib. Digərlərinə gəlincə, heç biri işləmir. Həbs edilməzdən əvvəl vaxtları olsa da, ödəniş etməyiblər. Bu insanların zərərçəkmişə borcları var, qaytarmalıdırlar”. 

Vəkil Şaiq Mirzəyev replika hüququndan istifadə edərək prokurora bunları deyib: “Bəli, cənab prokuror tam razıyam, bu adamların borcu var. Borca görə isə adam tutmurlar”.

Bunun ardınca məhkəmə qərarını açıqlayıb. 

Qərara əsasən, Cavid Hüseynli ev dustaqlığına buraxılıb. O, məhkəmə zalından dərhal azad edilib. Ziyanın bir hissəsini ödədiyi üçün əvvəldən həbs edilməyən Ceyhun Əşrəfovla bağlı da qərar dəyişməyib. Digərlərinin ev dustaqlığına buraxılması haqda vəsatətlər isə rədd edilib.

Əsas iclas dekabrın 25-nə təyin edilib. Həmin gün ittiham aktı elan ediləcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. İtthama görə, təqsirləndirilən şəxslər Quvat Beybutov üçün Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alacaqlarına vəd veriblər. Bu işin həlli üçün ondan 4 milyon 19 min manat pul alıblar. Prokurorluq ziyanın 1 milyon 442 min manatını Ceyhun Əşrəfov və Cavid Hüseynliyə ödətdirib.

Sail Ağasəlim

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? - VİDEO

18.12.2025

Ən yaxşı liderlər böhran zamanı yüksək riskli qərarları necə verirlər?

18.12.2025

Ultra-zənginlərin seçimi: 2025-ci ildə alınan bahalı 5 lüks daşınmaz əmlak bazarı

18.12.2025

Onların bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir

18.12.2025

Şirkət 1,8 milyard dollar qiymətləndirmə ilə 300 milyonluq investisiya alıb

18.12.2025

Unun topdansatış qiymətləri açıqlandı - FOTO

18.12.2025

İlon Mask açıqladı: Yer orbitində neçə peyk var?

18.12.2025

“Kontakt Home” 1,7 milyondan çox borc ödəməyə məcbur edildi

18.12.2025

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

18.12.2025

Çin avtomobillərinin əsas problemləri: Nələri bilmək lazımdır?

18.12.2025

30 saniyəlik reklam üçün 7 milyon?

18.12.2025

Şirkətlər bu oyuncaqların satışından milyardlarla dollar qazanıb

18.12.2025

ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR

18.12.2025

Gələn ildən xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə yeni giriş qiymətləri tətbiq ediləcək

18.12.2025

Bakıda camışların sayı azalıb

18.12.2025

Manatın insanların “cibində” qalma müddəti azalıb

18.12.2025

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18.12.2025

Rüşvət alan bağça müdiri işdən çıxarıldı

18.12.2025

"Amazon" "OpenAI"a 10 milyardlıq investisiya planlaşdırır

18.12.2025

Onlara bayrama görə 1000 manat verildi

18.12.2025

Məzənnə

Yüklənir...