Redaktor
ABB-yə məxsus avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR
24 dekabr tarixində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan iki ədəd Volkswagen Transporter markalı nəqliyyat vasitəsi təkrar hərraca çıxarılacaq.
Valyuta.az xəbər verir ki, buraxılış ili 2014 olan avtomobillərdən birinin start qiyməti 9750 manat, digərinin isə 9050 manat təşkil edir.
Hərracda iştirak etmək istəyən şəxslər müvafiq olaraq 975 və 905 manat məbləğində behi bankın hesabına köçürməlidirlər. Nəqliyyat vasitələrinə baxış prosesi hərrac gününədək hər həftənin cümə günü saat 14:00-dan 16:00-dək Sumqayıt şəhərində həyata keçirilir. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər tələb olunan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Sənədlərin qəbulu hərracın başlanmasına ən geci üç bank günü qalanadək başa çatmalıdır.
Mayya Hüseynova