Redaktor
“AFB BANK” tender elan edir ®
Tenderin adı: “AFB BANK”ASC tərəfindən Marketinq agentliyi xidmətlərinin satın alınması
Tenderin elan tarixi: 17.12.2025
İştirak üçün sənəd qəbulunun son tarixi: 26.12.2025
Tender təkliflərinin son qəbul tarixi : 09.01.2026
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
• tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
• tender təklifi (tender zərflərinin açıldığı tarixdən (25 noyabr 2025-ci il) sonra azı 30 (otuz) iş günü qüvvədə olmalıdır
• İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
• iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
• iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti haqqında bank arayışı
Göstəriləcək xidmətlərin siyahısı:
Copywriting və Kommunikasiya
• SMM postları üçün reklam xarakterli mətnlərin hazırlanması.
• Bayram və əlamətdar günlər üçün təbrik məzmunlarının yazılması.
• Kampaniyalar üçün kreativ adların və sloganalrın təklif edilməsi.
• Vebsayt üçün mətnlərin yazılması və mütəmadi yenilənməsi.
• Story və TikTok üçün yaradıcı video kontent ideyalarının verilməsi.
• Reklam məqsədli Push və SMS mətnlərinin hazırlanması.
• Radio reklamları üçün səsləndirmə mətnlərinin hazırlanması.
• Reklam filmləri üçün skriptlərin hazırlanması.
Dizayn İşləri
• Sosial media üçün aylıq post dizaynları (statik və dinamik – minimum 12 dizayn).
• Sosial media postlarının bütün adaptasiyalarının hazırlanması.
• Çap məhsullarının dizaynı (leaflet, buklet, poster, açıqca və digər materiallar).
Foto və Video İstehsalı
• Ayda minimum 4 dəfə brendə uyğun foto çəkilişlərin həyata keçirilməsi.
• Ayda 4 ədəd qısa video kontent (Reels və s.) hazırlanması.
• Animasiya çarxlarının yaradılması (mövzudan asılı olaraq qrafik animasiya və motion dizayn).
Digər Kreativ və Marketinq Xidmətləri
• Özəl günlər üçün brendinq olunmuş korporativ hədiyyələrə dair təkliflərin verilməsi.
• Bazar trendlərinin izlənilməsi və mütəmadi əsaslandırılmış təkliflərin təqdim edilməsi.
• Böhran vəziyyətinin analizi, kommunikasiya idarəetməsi və strategiyanın hazırlanması.
• Bayram və digər özəl günlər üçün xüsusi kommunikasiya və kampaniya planlarının hazırlanması.
• Sosial media hesablarının idarə olunması, təhlükəsizlik tədbirlərinin görülməsi və ümumi nəzarət.
• Səhifə statistikasının artımı üçün strategiyaların hazırlanması və icrası.
• Müsabiqələr, giveaway-lər və ya digər interaktiv fəaliyyətlərlə orqanik izləyici artımının təmin edilməsi.
• Blogger və influencerlərlə əməkdaşlıq strategiyalarının hazırlanması və idarə olunması.
• Həftəlik və aylıq analitik hesabatların hazırlanması.
• Aylıq sosial media post planının hazırlanması.
• Məhsul və kampaniyalar üzrə kommunikasiya planlarının hazırlanması.
• Rəqiblərin analizi və tələb olunan formatda hesabatların təqdim edilməsi.
*Bəndlər üzrə qiymətlər ayrı-ayrı qeyd edilməlidir.
Tender təklifinin valyutası
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi Azərbaycan Respublikasının milli valyutasında aparılır.
Ödəniş şərtləri
Xidmətlər üçün təsdiq ediləcək məbləğ hər ay təhvil-təslim sənədləri imzalandıqdan sonra 10 iş günü ərzində ödəniləcək.
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təkliflərini tələb edilən sənədlər ilə birlikdə qapalı zərfdə 26.12.2025-ci il -tarixinə kimi, qiymət təkliflərini isə 09.01.2026-cı il tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına göndərməlidir. Tenderdə iştirakı təsdiq edilən şirkətlərə 27.12.2025-ci il tarixində əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( vusal.mehdiyev@afb.az ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.