"Bayram günlərinin yalnız bəzi işçilər üçün istirahət sayılması sosial ədalət balansını pozur"

Redaktor

26.12.2025 10:00
86

"Bayram günlərinin yalnız bəzi işçilər üçün istirahət sayılması sosial ədalət balansını pozur"

Satış yerlərində - market və mağazalarda çalışan minlərlə işçi üçün bayram anlayışı çox vaxt yalnız təqvimdəki tarixlə məhdudlaşır. Digər sahələrdə çalışanlar üçün bayram günləri istirahət və ailə ilə vaxt keçirmək imkanı yaratsa da, pərakəndə satış sektorunda fəaliyyət göstərən işçilər üçün bu günlər əksər hallarda adi iş günü kimi davam edir. Halbuki bu kateqoriyaya daxil olan əməkdaşlar, adətən, həftə ərzində cəmi bir dəfə istirahət hüququndan istifadə edirlər və bayram günləri həmin qrafiki dəyişmir. Yeni il və digər rəsmi bayram günləri satış yerlərində çalışan işçilər üçün də real istirahət günü sayılmırmı? 

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, satış yerlərində - market və mağazalarda çalışan minlərlə insan üçün bayram günləri çox vaxt sadəcə təqvimdə qeyd olunan tarix olaraq qalır: "Digər sahələrdə çalışanlar bu günləri istirahət, ailə ilə vaxt keçirmək fürsəti kimi yaşadığı halda, pərakəndə satış sektorunda çalışanlar üçün bayramlar əksər hallarda adi iş günündən fərqlənmir. Nəzərə alsaq ki, bu sahədə çalışan əməkdaşların çoxu həftə ərzində cəmi bir gün istirahət edir və bayram günləri həmin qrafikə təsir göstərmir".

Ekspertin sözlərinə görə, bayram günlərində fasiləsiz işləmək biznesin tələbi kimi təqdim olunsa da, məsələ yalnız əməliyyat zərurəti ilə izah edilə bilməz.: "Söhbət insan əməyinin dəyərindən, işçinin sosial həyatı və rifahından gedir. Bayram günü işləyən əməkdaş üçün həmin günün nə istirahət, nə də əlavə dəyər ifadə etməməsi zamanla motivasiya itkisinə, emosional yorğunluğa və ədalətsizlik hissinin formalaşmasına səbəb olur".

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Mövcud praktikada tez-tez rast gəlinən hallar - bayram günlərinə görə alternativ istirahət gününün verilməməsi, əlavə ödəniş mexanizmlərinin tətbiq olunmaması və ya bu günlərin sadəcə “adi iş günü” kimi qəbul edilməsi uzunmüddətli perspektivdə nə işçi məmnuniyyətinə, nə də xidmət keyfiyyətinə müsbət təsir göstərir", - deyə ekspert bildirib.

Ekspert  deyir ki, satış yerlərində çalışanlar da ailəsi olan, övladları ilə bayram keçirmək istəyən, sosial həyata ehtiyacı olan insanlardır: "Bayram günlərinin yalnız müəyyən kateqoriya əməkdaşlar üçün real istirahət anlamı daşıması cəmiyyətdə sosial balansı pozur".

A.Səmədov sonda qeyd edib ki, bu mövzuya yanaşma dəyişməlidir: "Bayram günlərində çalışan əməkdaşlar üçün alternativ istirahət günlərinin verilməsi, əlavə ödəniş və ya növbəli şəkildə bayram istirahətinin təmin olunması artıq “əlavə üstünlük” deyil, ədalətli və sağlam iş mühitinin tərkib hissəsi kimi qəbul edilməlidir. Əks halda, bayram anlayışı satış sektorunda çalışan minlərlə insan üçün yalnız təqvimdə olan bir söz olaraq qalacaq".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü

26.12.2025

Bakıda müəllimlər 1088 manat maaş alırlar - RƏSMİ

26.12.2025

“Meqa Sığorta”nın sığorta yığımlarında 2 milyonluq itki

26.12.2025

Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi

26.12.2025
Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir

Azərbaycanda ən çox pul xərcləyən turistlər bu ölkələrdən gəlir - TOP 10

26.12.2025

Prezident bu idmançılara ev verdi - FOTOLAR

26.12.2025

Bu sığorta növləri şirkətlərə çox qazandırıb - SİYAHI

26.12.2025

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB

26.12.2025

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!

26.12.2025

Şükürbəylini seldən qorumaq üçün 7,1 milyon manat ayrıldı

26.12.2025

2025-ci ildə süni intellektin formalaşdırdığı milyarderlər - SİYAHI

26.12.2025

4 milyonluq dələduzluq: İşdə yüksək vəzifəli şəxslərin adı hallanır - Biri Federasiya prezidentidir

26.12.2025

Sabahın hava proqnozu

26.12.2025

“Kargo” startapı 42 milyon dollar investisiya alıb

26.12.2025

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 7,4 mlrd. manata düşüb

26.12.2025

Şərurlu İsfəndiyar "dələduz" sözünə görə bəraət aldı

26.12.2025

"Ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmaması hüquqi boşluqdur"

26.12.2025

"Sürüşkən iş rejiminə keçək" - Deputatdan təklif

26.12.2025

Bu rayonun icra hakimiyyətinin şöbə müdiri hakim təyin edildi

26.12.2025

Böyük bank rəhbərləri süni intellektin işçi sayına təsiri barədə nə deyirlər?

26.12.2025

Məzənnə

Yüklənir...