Redaktor
Bankların dollar tələbinin 151 milyona çatması devalvasiyadan xəbər verir?
Fevralın 8-nə olan göstəricilərə görə bankların dollar tələbi 61.4 milyon ABŞ dollar olub. Fevralın 13-nə olan göstəricilərə görə isə bu rəqəm 151.1 milyon dollara çatıb. Bu tələbin artması insanlar arasında ajiotaj yaradıb. İnsanlar devalvasiyanın olacağını, nə vaxt olacağını və s. kimi fikirlər səsləndirirlər. Bəs bankların dollar tələblərinin sürətlə artmasının səbəbi nədir? Bu, devalvasiyanın olacağından xəbər verirmi?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, dollara tələbatın artmasının əsas səbəblərindən biri ilin əvvəli olması ilə əlaqədardır: “İlin əvvəlində müxtəlif büdcə xərcləmələri açılır. Həm tikinti, həm də bəzi layihələrin davamı ilə bağlı xaricdən alınan sifarişlərin həcmi də artır. Eyni zamanda, dollar ətrafında nədənsə çox ajiotaj yaranıb, əlaqədar qurumlar da gözləntiləri idarə edə bilmirlər. Bu ajiotaj getdikcə böyüyür. Mənə də devalvasiyanın olması ilə əlaqədar gün ərzində onlarla suallar ünvanlanır. Belə bir ajiotaj yaranıb və bu gözləntiləri əlaqədar orqanlar idarə etməkdə çətinlik çəkirlər. Bunu aşağı çəkmək lazımdır. Bu ajiotajın özü də valyutaya olan tələbatın artmasına səbəb olur”.
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür -VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb? - Statistika
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025