Banklarımız 4 mlrd. manata yaxın faiz yığıb - <span style="color:#008000">HESABAT</span>

Redaktor

21.03.2025 14:49
420

Banklarımız 4 mlrd. manata yaxın faiz yığıb - HESABAT

Ölkə banklarının 2024-cü ilin sonuna faiz və gəlirlərin bu qəbildən olan növlərindən əldə etdiyi vəsait 500 mln. manata yaxın artaraq 3 mlrd. 969.8 mln. manat təşkil edib.

Valyuta.Az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata əsasən, 2023-cü ilin sonunda bu göstərici 3 mlrd. 492.9 mln. manat təşkil edib.

Bankların faiz və qeyri-faiz xərclərində də 800 mln. manatdan artım müşahidə olunub. 2024-cü ilin yekunlarına əsasən, bankların faiz və onlara bağlı xərcləri 1 mlrd. 214.7 mln. manat, qeyri-faiz xərcləri isə 2 mlrd. 772.6 mln. manat təşkil edib. Halbuki, 2023-cü ilin sonunda bu göstəricilər müvafiq olaraq 839.4  mln. manat və 2 mlrd. 335.7 mln. manat idi.

Fiziki şəxslərin depoziti 2023-cü ilin sonu ilə müqayisədə 12 mlrd. 582.2 mln. manatdan 14 mlrd. 299.1 mln. manata, hüquqi şəxslərin depozitləri isə 21 mlrd. 967.9 mln. manatdan 23 mlrd. 397.5 mln. manata yüksəlib.  

Öhdəliklərdə 3 mlrd. manatdan çox artım müşahidə olunaraq 43 mlrd. 114.8 mln. manatdan  46 mlrd. 383 mln. manata yüksəlib. 

Həmçinin ötən il 2 mlrd. manatdan daha artıq biznes kreditləri verilib. 2023-cü ilin sonunda ölkə üzrə verilmiş biznes kreditlərinin həcmi 12 mlrd. 616.8 mln. manat idisə, ötən ilin sonunda bu göstərici 14 mlrd. 787.2 mln. manat olub. Bunun da 999.2 mln. manatı dövlət fondları hesabına verilmiş biznes kreditlərinin payına düşüb. 

Nağd vəsaitlər də 140 mln. manatdan çox artaraq 1 mlrd. 877 mln. manatdan 2 mlrd. 19.4 mln. manata yüksəlib.  

Xalis mənfəətdə isə 30 mln. manatdan çox azalma qeydə alınıb. Belə ki, 2023-cü ildə 1 mlrd. 76.4 mln. manat xalis mənfəət əldə edən banklar 2024-cü ildə 1 mlrd. 44.3 mln. manat mənfəət əldə ediblər. 

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı

05.03.2026

45 dəqiqəlik görüş 6 milyon dollarlıq startap ideyasına çevrildi

05.03.2026

"İşdə iki nəfər arasında baş verən konfliktin vaxtında qarşısı alınmalıdır" - Mütəxəsis

05.03.2026
Bankların ən çox biznes krediti verdiyi sahələr

Bankların ən çox biznes krediti verdiyi sahələr - CƏDVƏL

05.03.2026
Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib?

Dövlət büdcəsindən hansı sahələrə nə qədər xərc çəkilib? - MƏBLƏĞ/SAHƏLƏR

05.03.2026

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

05.03.2026

Prezident investisiyaların dövlət tərəfindən alınmasını təsdiqləyib

05.03.2026

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

05.03.2026

Azərbaycan XİN: İranın Naxçıvana dron hücumu nəticəsində 2 nəfər xəsarət alıb

05.03.2026

Naxçıvan aeroportunun yaxınlığında yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib - RƏSMİ

05.03.2026

Borcları ödəməyin ən effektiv yolu: Deyv Remzinin tövsiyə etdiyi metod

05.03.2026

İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb

05.03.2026

İran Naxçıvana dronla zərbələr endirib

05.03.2026

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib ®

05.03.2026

Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır

05.03.2026

Yanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib

05.03.2026

Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"

05.03.2026
İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

05.03.2026

Bank müştərilərinin neçə nəfəri vətəndaşlardır?

05.03.2026

Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"

05.03.2026

Məzənnə

Yüklənir...