Banklara əmanət yerləşdirməyin banklara nə kimi xeyri var?

Redaktor

04.12.2025 10:13
226

Banklara əmanət yerləşdirməyin banklara nə kimi xeyri var?

Bir çox vətəndaş və şirkətlər müxtəlif banklara əmanət yerləşdirir. Banklara əmanət qoyan vətəndaşlar və şirkətlər pulunun qarşılığında faiz gəliri əldə edir. Bəs banklarda əmanət yerləşdirməyin banklara nə kimi xeyir var?

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a bildirib ki, vətəndaş banka pul qoyur, əmanət yerləşdirir və faiz gəliri əldə edir: “Banklar vətəndaşa faiz gəliri verəndə, o, bankın faiz xərci olur. Bank da bu vəsaitdən elə istifadə etməlidir ki, həm xərci ödəsin, həm də əlavə olaraq gəlir əldə etsin. Əks halda bu iş faydalı olmaz”. 

Banklar yüksək maaşlı müştərilərə niyə bəzən az kredit verir?

Ekspertin sözlərinə görə, bankların iş fəaliyyəti onun üzərində qurulub ki, bank topladığı vəsaiti qısa müddətdə kredit kimi yerləşdirməyə çalışırlar: “Kredit kimi yerləşdirəndə, bank buradan gəlir əldə edir. Məsələn, bank əhalidən 10%-lə əmanət götürüb, 18% və yaxud 20%-lə yerləşdirir və bu ortada qalan fərq bankın mənfəət marjası olur. Ondan da bankların mənfəəti formalaşır”. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...