Redaktor
Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI
Bu ilin 10 ayında Azərbaycanla MDB ölkələri arasında ticarət dövriyyəsinin həcmi 5 milyard 701 milyon 705 min ABŞ dolları təşkil edib.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard 942 milyon 426 min ABŞ dolları təşkil edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,5% çoxdur. Azərbaycanın Rusiyaya ixracının həcmi 972 milyon 509 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur. Rusiyanın Azərbaycana idxalının həcmi isə 2 milyard 969 milyon 917 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19,6% çoxdur.
Azərbaycanla Belarus arasında bu ilin 10 ayında ticarət dövriyyəsinin həcmi 403 milyon 960 min manat olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 47,7% çoxdur. Azərbaycanın Belarusa ixracının həcmi 39 milyon 994 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62,6% çoxdur. Belarusun Azərbaycana idxalı 363 milyon 966 min ABŞ dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 46,2% çoxdur.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 393 milyon 831 min ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 38,6% çoxdur. Azərbaycanın Qazaxıstana ixracının həcmi 107 milyon 747 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,2% çoxdur.
Qazaxıstandan Azərbaycana idxalın həcmi 286 milyon 84 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 45,5% çoxdur.
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 380 milyon 144 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,3% çoxdur. Azərbaycanın Ukraynaya ixracının həcmi 146 milyon 676 min ABŞ dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54,7% çoxdur. Ukraynadan Azərbaycana idxalın həcmi 233 milyon 468 min ABŞ dollar təşkil edib ki, 22,6% çoxdur.
Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 337 milyon 715 min ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır. Azərbaycanın Türkmənistana ixracının həcmi 71 milyon 734 min ABŞ dollar təşkil edib ki, bu da illik müqayisədə 1,1% azdır.
Ukraynadan Azərbaycana idxalın həcmi 265 milyon 981 min ABŞ dollar olub. Bu da illik müqayisədə 2,3 dəfə azdır.
Nara
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür -VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb? - Statistika
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025