Redaktor
Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrə 46 min 330 kiloqram təzə və ya qurudulmuş əncir satılıb.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan əncirdən 60 min 860 ABŞ dolları gəlir əldə olunub. İxrac olunan əncirin bir kiloqramının orta qiyməti 1,31 dollar (2,23 qəpik) olub.
Bu dövrdə Rusiyaya 46 min 250 kq əncir ixrac olunub ki, bundan əldə olunan gəlir də 59 min 250 dollar təşkil edib. Rusiyaya ixrac olunan bir kiloqram əncirin orta qiyməti 1,28 dollar (2,17 manat) olub.
9 ayda İsrailə 80 kiloqram əncir satılıb. Bundan əldə olunan gəlir 1 min 610 dollar olub. İsrailə satılan əncirin bir kiloqramının orta qiyməti 20,12 dollar (34 manat 21 qəpik) təşkil edib.
Bununla yanaşı bu dövrdə Azərbaycana xarici ölkələrdən 32 min 770 kiloqram miqdarında, 180 min 610 dollar dəyərində əncir gətirilib. İdxal olunan əncirin bir kiloqramının orta qiyməti 5,5 dollar (9 manat 37 qəpik) olub.
Ən baha əncir alınan ölkə Lüksemburq olub. Belə ki, bu ölkədən alınan 20 kiloqram əncirə 450 dollar ödənilib. Lüksemburqdan idxal olunan əncirin bir kiloqramının orta qiyməti 22,5 dollar (38 manat 25 qəpik olub.
Azərbaycana əncir satan ölkələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
| Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
| Braziliya | 0,02 | 0,2 | 17 |
| Çin | 0,01 | 0,06 | 10,2 |
| İran İslam Respublikası | 4,26 | 30,29 | 12,08 |
| Türkiyə | 28,33 | 147,73 | 8,86 |
| Almaniya | 0,14 | 1,88 | 22,82 |
| Lüksemburq | 0,02 | 0,45 | 38,25 |
| Valyuta.az |
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan nefti cüzi bahalaşdı
13.12.2025UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq
13.12.2025Bakıda daha bir bazar sökülür -VİDEO
13.12.2025Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb? - Statistika
13.12.2025Avtomobil benzini istehsalı artır
13.12.2025“ChatGPT” qətldə “iştirak edib”?
13.12.2025Gələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025