Azərbaycan Birləşmiş Krallığa son 5 ildə nə qədər xidmət ixrac edib?

Redaktor

11.12.2025 21:40
24

Azərbaycan Birləşmiş Krallığa son 5 ildə nə qədər xidmət ixrac edib?

Azərbaycan Respublikasının Kosmik Agentliyi hər il milyonlarla dollar dəyərində telekommunikasiya xidmətləri ixrac edir. Bu xidmətlərin əsas istiqamətlərindən biri də Birləşmiş Krallıqdır.

Valyuta.az xəbər verir ki, son 5 ildə Azərbaycan Birləşmiş Krallığa 267,4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.

Cari ilin ilk 10 ayı üzrə Birləşmiş Krallığa ixrac edilən telekommunikasiya xidmətlərinin dəyəri 3,9 milyon ABŞ dolları olub. Ötən ilin eyni dövründə isə bu məbləğ 4,9 milyon ABŞ dolları təşkil edib. Bu illik müqayisədə 0,1 milyon ABŞ dolları və ya 20,4% azalma deməkdir.

2023-cü ilin yanvar-oktyabr dövründə Birləşmiş Krallığa 4,7 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac olunub.  2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac dəyərində 0,2 milyon ABŞ dolları dəyərində və ya 4,25% artım olub.

2022-ci ilin ilk 10 ayı üzrə 5,5 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac olunub. Nəticə etibarı ilə 2023-cü ilin eyni dövründə bu göstərici 0,8 milyon ABŞ dolları və ya 14,54% azalaraq qeyd etdiyimiz 4,7 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin ilk 10 ayında Birləşmiş Krallığa sözügedən ixracın dəyəri 7,4 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin uyğun dövründə ixrac 1,9 milyon ABŞ dolları və ya 25,67% azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında isə ixrac 8,9 milyon ABŞ dolları səviyyəsində olub. 2021-ci ilin ilk 10 ayı ilə müqayisədə bu, 1,5 milyon ABŞ dolları və ya 16,85% azalma deməkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərvətini itirən 10 milyonçu və milyarder: “Zənginlik həmişə davam etmir”

11.12.2025

Azərbaycan Birləşmiş Krallığa son 5 ildə nə qədər xidmət ixrac edib?

11.12.2025

BP-də rəis olmaq istədi, dələduzluqla üzləşdi - 30 min manatlıq fırıldaq

11.12.2025

Mərkəzi Banka sənəd təqdim etməyən ASC 1500 manat ödəyəcək

11.12.2025

12 icra hakimiyyətin Aparat strukturunda bəzi şöbələr ləğv edilib

11.12.2025

"Disney"in ən bahalı satınalmaları: Siyahıda 71 milyard dollarlıq müqavilə var

11.12.2025

Bu ərazidə geniş Zəfər Parkı inşa olunacaq

11.12.2025

"Porsche" işçi qüvvəsinin 25 faizini işdən çıxarmağı planlaşdırır

11.12.2025

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11.12.2025

Fransa bazarına ixrac dəyərində 2 dəfədən çox artım

11.12.2025

BEA maydan bəri ilk dəfə neft bolluğu proqnozunu azaltdı - Rekord göstərici

11.12.2025

Gələn il smartfon bazarı 30 faiz böyüyə bilər

11.12.2025

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi

11.12.2025

MrBeast "YouTube"dan milyonları necə qazanır?

11.12.2025

Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdiridi

11.12.2025

Ən çox POS-terminal istifadəsi bu rayonlardadır

11.12.2025

Bu şəxslərin maaşı artırılacaq

11.12.2025

Onların da məzuniyyəti 46 gün olacaq

11.12.2025

Məşhur şirkət rəhbərləri pullarını nəyə xərcləyirlər?

11.12.2025

Prezident 5 illik konsepsiyanı təsdiqlədi - Sərəncam

11.12.2025

Məzənnə

Yüklənir...