10 ayda büdcəyə vergi daxilolmaları 14 milyard manatı keçib

Redaktor

15.11.2024 10:54
198

10 ayda büdcəyə vergi daxilolmaları 14 milyard manatı keçib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manat vergi daxil olub.

Valyuta.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,05 % azdır.

10 aylıq vergi daxilolmalarının 9 milyard 551,4 milyon manatı və yaxud 67,5 %-i qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 13,9 % çoxdur

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...