Britaniya şahzadəsinin həyat yoldaşı iş axtarışındadır

Redaktor

29.07.2025 19:56
118

Britaniya şahzadəsinin həyat yoldaşı iş axtarışındadır

Sasseks hersoginyası Meqan Markl şəxsi layihələrinin gözlənilən nəticələri verməməsindən sonra karyerasında yeni mərhələ üçün axtarışdadır.

Valyuta.az xəbər verir ki, "Netflix" platforması ilə Markl və həyat yoldaşı Şahzadə Harri arasında imzalanmış 100 milyon dollarlıq müqavilə ləğv olunub. Məlumata görə, müqavilənin dayandırılması Markl üçün gözlənilməz olub və onu gələcək planlarını yenidən nəzərdən keçirməyə vadar edib.

Mənbələr qeyd edir ki, Sasseks hersoginyası ictimai diqqətdən kənarda qalmaq istəmir və populyarlığını qorumaq üçün yeni mediada çıxış yolları axtarır. Bildirilir ki, Markl ABŞ-da yayımlanan məşhur "The View" proqramında aparıcılıq etməyə maraqlıdır, lakin bu istiqamətdə konkret razılaşma mövcud deyil.

Digər məlumatlara əsasən, "Netflix" şirkəti “çoxdan bu cütlükdən faydalana bildiyi qədər faydalandığını” düşünərək əməkdaşlığı davam etdirməməyi qərara alıb. Şirkət nümayəndələri hesab edirlər ki, Marklın əsas diqqəti artıq "As Ever" adlı həyat tərzi brendi üzərində cəmlənib.

Bəzi mənbələr isə bildirir ki, Meqan və Harri bu qərardan narazı qalıblar. Onlar müqavilədən əldə olunacaq gəlirlə 29 milyon dollarlıq malikanələrini və böyük personal xərclərini qarşılamağı planlaşdırırdılar.

Hazırda Marklın hansı istiqamətdə irəliləyəcəyi və növbəti addımının nə olacağı hələlik məlum deyil. Lakin onun yenidən ictimai və media məkanında yer almağa can atdığı görünür.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...