“Gəlin əvvəl rüşvət verənləri dindirək, görək indiyə kimi necə kənarda qalıblar?”

Redaktor

28.07.2025 17:13
83

“Gəlin əvvəl rüşvət verənləri dindirək, görək indiyə kimi necə kənarda qalıblar?”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə istintaqı başlayıb.

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda əvvəlcə vəsatət qaldırılıb.

Vəsatətlərdən biri təqsirləndirilən zabitin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında oturmasına icazə verilməsi ilə bağlıdır. 

R.Şükürovun vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili ciddi əməliyyat keçirib. Bu səbəbdən eşitmə qabiliyyəti zəifləyib. Ən əsası isə şəxsin səmərəli hüquqi yardım almaq hüququ var.

Vəsatət əsaslı hesab edilib. Təqsirləndirilən şəxs şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşib.

İclasın davamında prokuror ittiham aktını elan edib. Ramin Şükürov və digərləri bir neçə çağırışçını rüşvət müqabilində xidmətdən yayındırmaqda təqsirləndirilib. Xidmətdən yayındırılan çağırışçılardan birinin heç bir xəstəliyi olmayıb, başqa bir çağırışçı isə rüşvət müqabilində cüzi skolioz xəstəliyinə görə “neqodnı” bileti alıb.

İstintaq materiallarından görünür ki, Ramin Şükürova daha əvvəl işlədiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsindəki qanun pozuntusuna görə də ittiham verilib.

Xəzər Rayon İdarəsinin rəisi Şükürov Ramin Aydın oğlu, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Əzimov Xalid Valik oğlu və zabiti Nəbiyev Emil Ramiz oğluna qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxslər üçü də özünü təqsirli bilməyib.

Məhkəmə istintaqının aparılması qaydası müəyyən edilərkən məlum olub ki, Ramin Şükürov ev dustaqlığında mühakimə edilən digər iki müttəhimin ifadələri əsasında həbs edilib. Bundan başqa, rüşvət verən şəxslər barəsində də cinayət işi başlanılıb. Vəkillər əvvəlcə həmin şahidlərin dindirilməsini təklif edib.

“Bu ittiham iki müttəhimin üçüncüyə qarşı ifadələri əsasında tərtib olunub. Amma indi bunlar heç biri özlərini təqsirli bilmir. Onları dindirmədən işin araşdırılmasına başlamaq qaranlıqda işıq axtarmaq kimidir. Rüşvət verənlər yoxdur, alanlar var. Gəlin əvvəl rüşvət verənləri dindirək, görək bu vaxta kimi onlar necə kənarda qalıblar?”, - vəkillər deyiblər.

Fikrət Əliyevin sədrlik etdiyi məhkəmə tərkibi bu dəfə də vəkillərlə razılaşıb. Şahidlərin iştirakını təmin etmək üçün proses sentyabrın 1-nə kimi təxirə salınıb.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...