Türkiyədə təhsil alan tələbələrin Azərbaycana köçürülməsinə qadağa qoyulub?

Redaktor

24.07.2025 19:29
156

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana köçürülməsinə qadağa qoyulub?

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Türkiyədə təhsil alan tələbələrin Azərbaycana köçürülməsinə məhdudiyyət qoyulması barədə iddialara aydınlıq gətirib.

Valyuta.az xəbər verir ki, Teleqraf-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib ki, qanunvericiliyə əsasən tələbənin bir semestrdə götürəcəyi kredit norması 30-dur.

Məlumata görə, bəzi tələbələr bu normadan az və ya çox kredit götürə bilərlər (müxtəlif səbəblərdən), amma norma 30-dur:

Agentlikdən bildirilib ki, şikayətçilərin Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndinə istinad etməsi tamamilə yanlışdır. 2023-cü il və sonrasına aid yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Müxtəlif universitetlər tərəfindən lokal qaydada keçirilmiş və etibarlılığı şübhə doğuran imtahan nəticələri qəbul edilmir.

Xatırladaq ki, sosial mediada Türkiyədə təhsil alan tələbələrin köçürülmə ilə bağlı şikayətləri yayılıb.

Tələbələr iddia edirlər ki, Azərbaycandakı ali məktəblərə köçürülmək üçün müraciət ediblər, amma agentlik onların müraciətini rədd edib: "Tələbə ümumilikdə 4 semestrdə 120 kredit toplamalı olduğu halda, yalnız 110 kredit toplayıb. Bunların ikidə birini keçsə belə, nəyə görə 120 yox, 110 kredit dərs alıblar”. Halbuki tələbənin akademik borcu olduğu üçün kredit sayının az olması Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndi ilə qanuni sayılır. Həmin bənd açıq şəkildə bildirir ki, akademik borcu olan tələbənin kreditlərinin normadan az olması hüquq pozuntusu deyil.

Bundan əlavə, tələbələrə başqa bir əsassız rədd cavabı da təqdim olunub. Belə ki, əksər tələbələr 2023-cü ildə Türkiyənin dövlət universitetlərinin təşkil etdiyi YÖS imtahanında yüksək nəticə göstərərək qəbul olunmuşdular. Daha sonra isə 2023-cü ilin dekabrında qüvvəyə minmiş qanuna əsasən, yalnız vahid TR-YÖS imtahanı etibarlı hesab olunur. Lakin həmin tələbələr imtahanı bu qanun qüvvəyə minməmişdən əvvəl – 2023-cü ildə vermişdi. Türkiyə Ali Təhsil Şurası da öz qərarında bildirib ki, yalnız 2024-cü ildən sonra vahid imtahan keçiriləcək. Agentlik isə bu faktı nəzərə almadan, geriyə tətbiq prinsipi ilə hərəkət edib", - şikayətlərdə qeyd olunub.

Türkiyədə təhsil alan tələbələrin Azərbaycana köçürülməsinə qadağa qoyulub?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...