Birbank-la Trendyolda yeni ödəniş imkanı &ndash; &ldquo;İndi al, sonra ödə&rdquo;<span style="color:#ff0000">&reg;</span>

Redaktor

24.07.2025 16:07
189

Birbank-la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”®

Hər zaman innovativ, rəqəmsal həllər təqdim edən Birbank, Trendyol onlayn alış-veriş platformasında “İndi al, sonra ödə” ödəniş üsulunu təqdim edir. Yeni məhsul müştərilərə daha rahat və çevik alış-veriş imkanı yaradaraq onların istədikləri məhsulu istədikləri zaman əldə etməsinə imkan yaradır.

Artıq Trendyol istifadəçiləri alış-veriş zamanı bank tərəfindən təqdim edilən kredit limitindən istifadə edərək, alış-verişlərini istədikləri vaxt edib, ödənişlərini 4 bərabər hissəyə bölərək 2 ay müddətinə edə bilərlər.

Bunun üçün aşağıda qeyd olunan mərhələləri ardıcıl şəkildə yerinə yetirmək kifayətdir:

-         Trendyol mobil tətbiqinə daxil olmaq;

-         “Azərbaycandan birbaşa al” bölməsinə keçid etmək;

-         Seçilmiş məhsulu səbətə əlavə etmək;

-         Ödəniş üsulu kimi “İndi al, sonra ödə” seçimindən istifadə etmək;

-         Təsdiq üçün tələb olunan məlumatları daxil etmək.

Birbank tamamilə faizsiz və komissiyasız olan bu xidmətlə müştərilərinə 50 AZN-dən 500 AZN-dək rahat alış-veriş imkanı təqdim edir. İstifadəçilər sadəcə biometrik təsdiqdən keçərək FİN kod və mobil nömrəni daxil edib kredit limitini aktivləşdirə bilərlər.

Ətraflı məlumat: //www.kapitalbank.az/bnpl

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...