Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ

Redaktor

24.07.2025 10:55
139

Azərbaycanda reklama görə 4 blogerdən şikayət edildi - RƏSMİ

Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncamla reklam haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklə influenserlər (blogerlər) də artıq qanunun təsir dairəsinə düşəcəklər. Qanunda onlar rəqəmsal platforma təsirçisi adlanır. 

Dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.

Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir.

Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub. 

Qeyd edək ki, qanunun qüvvəyə minməsindən 2 ay keçsə də, bəzi blogerlərin qaydalara riayət etmədiyi müşahidə edilir.

Valyuta.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, qanuna dəyişiklikdən ötən dövr ərzində qanunda nəzərdə tutulan tələblərin pozulması barədə rəqəmsal platforma təsirçiləri ilə bağlı Agentliyə 4 müraciət daxil olub. Müraciətlərdən 1-i qanunamüvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib. 1 müraciətdə pozuntu halları ilə bağlı konkret faktlar təqdim edilmədiyindən müraciətçiyə müvafiq izahat verilib. 2 müraciət üzrə isə araşdırma davam etdirilir.

Qeyd edək ki, dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq, reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq qadağan edilir.

Rəqəmsal platforma təsirçisi tərəfindən reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 750 manatdan 1250 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...