Fransada yeni siyasi böhran - ölkə hər saniyə beş min avro borc alır

Redaktor

23.07.2025 12:10
58

Fransada yeni siyasi böhran - ölkə hər saniyə beş min avro borc alır

Son günlərdə Fransanın ictimai-siyasi səhnəsində yenidən “fırtına” yaradan hadisə baş verib. Fransanın baş naziri Fransua Bayru iyulun 15-də dövlət büdcəsindəki kəsiri azaltmaq üçün dövlət borcu üzərində nəzarətin yaradılması, eləcə də faşizm üzərində Qələbə Günü və Pasxa bayramından imtina edilməsini təklif edib. Baş nazirin bu təklifi ölkənin ictimai-siyasi arenasında cidd əks reaksiyaya səbəb olub.

Valyuta.az xəbər verir ki, Fransa hökuməti eyni zamanda ölkənin varlı vətəndaşları üçün vergilərin artırılacağını açıqlayıb. 

Bayru hökuməti eyni zamanda dövlət xərclərini 43,8 milyard avro azaltmaq istəyir. 

Yaranmış vəziyyəti şərh edən “Politico” yazıb ki, bu açıqlama ilə Fransanın hazırkı baş naziri artıq özünün “siyasi ölüm əmri”ni imzalayıb.

Fransa baş nazirinin yanaşması ondan ibarətdir ki, insanlar daha çox işləməlidirlər, təqvimə müəyyən qədər yenidən baxılmalıdır. Çünki ölkənin iqtisadi vəziyyəti elədir ki, mümkün qədər çox işləməyə və ya nəticə çıxarmağa ehtiyac var. Bu da ölkədə ciddi narazılığa səbəb olub.

Fransa iqtisadiyyatına cavabdeh olan bir nömrəli şəxs vəziyyətdən çıxmaq üçün büdcəyə 40 milyard avrodan çox vəsait toplaya bilməlidir. O narahatdır, çünki Fransa hər saniyə beş min avro borc alır. Bayrunun baş nazir postundan uzaqlaşdırılması ilə bağlı bəyanatlar da olub.

Analitiklər qeyd edirlər ki, çox axıcı vəziyyət yaranıb və üç əsas parlament qüvvəsi əməkdaşlıqdan imtina edərsə, böyük ehtimalla Bayru hökuməti səhnəni tərk edəcək və Makron ya yeni baş nazir təyin etməyə, ya da texnokratlardan ibarət hökumət qurmağa məcbur olacaq.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...