Redaktor
Mərkəzi Bank ciddi pozuntulara görə elektron pul təşkilatının lisenziyasını ləğv etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) "Kashpay" əmtəə nişanının sahibi olan "Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib.
Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27-yə düşüb. Hazırda 18 şirkət elektron pul təşkilatı, 7 şirkət ödəniş təşkilatı, “AzəriCard” və "Millikart" MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalara malikdir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda kolbasa istehsalı artıb
15.12.2025Kimlərə iki dəfə çox maaş ödəniləcək? - AÇIQLANDI
15.12.2025İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib
15.12.2025Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi
15.12.2025Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı
15.12.2025Alkoqolsuz içki istehsalı artıb
15.12.2025Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi
15.12.2025Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub
15.12.2025Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə
15.12.2025