Adil Alper Coşkun
İnşaat mühəndisi, layihə meneceri
Zəngin olmağın tək yolu çox pul qazanmaq deyil. Əsas məsələ pula necə çatmağı və onu necə idarə etməyi bilməkdir. Mən bu həqiqəti gec başa düşdüm. Halbuki həyatım boyunca mənə həmişə “çox çalış, pul yığ” deyilmişdi.
Amma illər keçdikcə gördüm ki, bəzi insanlar pulları olmasa belə, doğru əlaqələr, etibarlı bir ad və maliyyə bilikləri sayəsində böyük fürsətlərə çata bilirlər. Bu yazıda, illər ərzində təcrübə ilə öyrəndiyim və həqiqətən işə yarayan, səssiz, lakin güclü zənginlik formulasını sizinlə bölüşmək istəyirəm.
Puldan daha dəyərli olanlar
Biz, iqtisadiyyatın necə işlədiyini bilməyən müəllimlərin və akademiklərin əlində təhsil almışıq. Əksəriyyəti dövlət qulluqçusu olan bu müəllimlər öz borc qorxularını bizə də aşılayıblar.
Halbuki aşağı faizli, yəni “ucuz pul” ilə kapitala çata bilən bir insan üçün doğru zamanda borc əslində bir fürsətdir. Xüsusilə illik borclanma faizi inflyasiyadan aşağı olduqda — sadə dillə desək — başqasının pulu ilə sərmayə qoyaraq pul qazanmaq mümkündür.
Bəs bu fürsətlər kimlərin əlinə keçir?
"Kredit" sözü ingilis dilindəki “credit” sözündən gəlir. Bu da “credible”, yəni etibarlı olmaqla bağlıdır. Yəni bankların vəsaitlərinə çıxış əldə edən şəxslər öz pulları olmasa da, güvən verən insanlardır. Banklar baxımından yüksək kredit reytinqinə malik, ödəniş vərdişləri yaxşı, müntəzəm gəliri olan insanlar.
Qısası, nüfuz bu gün birbaşa pula çevrilə bilən bir dəyərdir.
İş həyatında tez-tez eşitdiyimiz bir nümunə var: bəzi sahibkarlar bir işi aldıqları andan etibarən ard-arda yeni fürsətlər əldə edirlər. Çünki ilk işdə qazandıqları güvən onların arayışı olur. Güvən bir dəfə əldə edildimi, insanlar asanlıqla başqa biri ilə işləmək istəməz. Çünki güvən qurulması çətin, dağıdılması isə çox asan olan bir bağdır.
Bu səbəblə nüfuz və əlaqələr təkcə sosial deyil, iqtisadi mənada da kapital qədər dəyərlidir. Bu gün bəzi insanların xüsusi təkliflərə, böyük layihələrə və ya tenderlərə çıxış əldə etdiklərini görürsünüz. Bu vəziyyəti təkcə "kimisə tanıyır" olmaqla izah etmək natamam olar. Bu insanlar ətraflarını güvən, intizam və hörmətlə qurmuşlar. Zamanla bu münasibətlər onların ən güclü sərmayə alətinə çevrilir.
Xərcləri qiymətləndirməyin real yolu
Zənginlik təkcə qazanmaqla deyil, düzgün xərcləməyi bilməklə bağlıdır. Mənim üçün dönüş nöqtələrindən biri xərclərimi qazandığım vaxtla müqayisə etməyə başlamağım oldu. Artıq bir xərcləmə etməzdən əvvəl özümə bu sualları verirəm:
– Bu xərcləmə üçün neçə gün işləməliyəm?
– Bahalı bir axşam yeməyi 1 günlük əməəyimə dəyərmi?
– 1 həftəlik tətil üçün 1 ay işləmək məntiqlidirmi?
– Yeni bir telefon üçün 3 həftə işləmək mənə uyğundurmu?
Bu cür sorğulamalar bir xərcləməni təxirə salmağa, bəzən isə tamamilə imtina etməyə kömək edir. Üç dəfə düşünmək və xərcləməni zamana yaymaq çox faydalı olur. Zaman keçdikcə insan anlayır ki, o xərcləmə əslində düşündüyü qədər vacib deyilmiş.
Ancaq bu yanaşmanı davam etdirmək təkbaşına asan deyil. Bu düşüncə tərzinin ailədə də mənimsənməsi vacibdir. Sizi anlamayan bir həyat yoldaşı ilə maliyyə hədəflərinə çatmaq demək olar ki, mümkünsüz olur. Çünki pul idarəsi təkcə fərdi deyil, eyni zamanda ortaq bir şüur məsələsidir.
Zənginliyin 3 səssiz gücü
Bu yazıda bəhs etdiyim bütün nümunələri bir araya gətirsək, zənginliyə gedən yolda bu üç amil ön plana çıxır:
1. Etibarlılıq (nüfuz) – Borclarına sadiq, sözünə güvənilən biri olmaq.
2. Əlaqələr (network) – Dəyərli insanlarla sağlam münasibətlər qurmaq.
3. Maliyyə savadlılığı – Pulun necə işlədiyini anlamaq.
Əgər bu üç gücə maliksinizsə, əlinizdə böyük bir məbləğ olmasa belə fürsətlər yarada, böyüyə bilərsiniz.
Hardan başlamaq olar?
Pulun necə işlədiyini öyrənmək üçün bu kitabları tövsiyə edirəm:
• "Babilin ən zəngin adamı"
• "Zəngin ata, kasıb ata"
• "Ağıllı investor"
• "Qonşudakı milyonçu"
İnsan münasibətlərini və strateji düşüncəni inkişaf etdirmək üçün isə:
• "İqtidar: Gücün 48 qaydası"
• "Dost qazanma və insanları təsirləndirmə sənəti"
Bundan əlavə, peşəkar və ya sosial tədbirlərdə iştirak etmək, şəbəkələşmə klublarına qatılmaq da böyük fərq yarada bilər. Fürsətlər hər zaman yaxşı münasibətlər və düzgün zamanlama ilə birləşəndə ortaya çıxır.
Bu yazını 40 yaşında biri olaraq, “Kaş daha tez öyrənsəydim” dediyim əsas prinsipləri paylaşmaq üçün qələmə aldım. Bəlkə sizin üçün, bəlkə övladınız üçün, bəlkə də sadəcə bir fərqindəlik yaratmaq üçün…
Amma nə olursa olsun, nə qədər erkən öyrənilsə, bir o qədər böyük qazanc təmin etdiyini rahatlıqla deyə bilərəm.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bank tender elan edib
10.12.2025Alimentlə bağlı yeni QAYDA
10.12.2025Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi
10.12.2025Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi
10.12.2025“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı
10.12.2025Prezident rektoru işdən çıxardı - Yeni təyinat
10.12.2025Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı
10.12.2025"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq
10.12.2025Yeni icra başçısı daha bir məmuru işdən çıxardı
10.12.2025Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib
10.12.2025BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib
10.12.2025Azərbaycanda hotel şirkətinə yeni direktor təyin edilib
10.12.2025Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır
10.12.2025Bakı–Bratislava birbaşa uçuşları başlayır
10.12.2025Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək
10.12.2025Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
10.12.2025Keçmiş hakimə yeni vəzifə verildi
10.12.2025BDU-dan 10 gündə 36 milyonluq müqavilə
10.12.2025
Azərbaycanda orta aylıq əməkhaqqı 1 086 manat oldu
10.12.2025