Xaricdə inşaat mühəndisi olmaq yüksək maaş və karyera deməkdir?
Bu gün dünyanın müxtəlif bölgələrində yüzlərlə türk mühəndis infrastrukturdan energetikaya, müdafiə sənayesindən sənaye obyektlərinə qədər geniş sahələri əhatə edən mühüm layihələrdə iştirak edir. Bəs xaricdə çalışmaq yalnız daha yüksək maaş və karyera imkanı deməkdirmi? Bu məqalədə sahədəki 15 ildən artıq təcrübəmə əsaslanaraq, türk mühəndis olaraq xaricdə işləməyin gətirdiyi risklər, təqdim etdiyi imkanlar və qarşılaşılan reallıqlar haqqında fikirlərimi bölüşəcəm.
Türkiyə ilə müqayisədə daha yüksək gəlir səviyyəsi…
Xaricdə işləmək yalnız texniki bacarıqları deyil, eyni zamanda liderlik, idarəetmə və ünsiyyət kimi sosial qabiliyyətləri də inkişaf etdirməyə şərait yaradır. Müxtəlif ölkələrdə və mədəni strukturlarda çalışmaq mühəndisin çoxşaxəliliyini artırmaqla yanaşı, karyera pillələrini daha sürətli şəkildə keçməsinə imkan verir. Eyni zamanda, Türkiyə ilə müqayisədə daha yüksək gəlir səviyyəsi, yaşayış və nəqliyyat kimi əlavə imkanlar sayəsində mühəndislər maliyyə baxımından daha rahat həyat tərzi qura bilirlər. Xüsusilə Yaxın Şərq, Afrika və Müstəqil Dövlətlər Birliyi ölkələrində çalışan mühəndislər üçün bu üstünlüklər nəzərəçarpandır. Böyük layihələrdə texniki nəzarətçi və ya sahə məsulu kimi işləmək, gənc mühəndisin qısa müddətdə böyük məsuliyyətlər daşımasına və layihə idarəçiliyi təcrübəsi qazanmasına şərait yaradır.
Türk mühəndisləri beynəlxalq aləmdə ciddi nüfuz qazanırlar…
Bu məqamda qeyd etmək lazımdır ki, türk mühəndislik şirkətləri dünyanın bir çox iri layihələrində təkcə say baxımından deyil, həm də keyfiyyət, büdcə və sürət göstəriciləri baxımından uğurları ilə seçilirlər. Türkiyə mənşəli şirkətlər xüsusilə sürətli təhvil, maliyyət üstünlüyü və çətin infrastruktur şərtlərinə uyğunlaşma mövzusunda güclüdür. "Limak", "Rönesans", "Yapı Merkezi", "Kolin" və "ENKA" kimi şirkətlər Afrika, Yaxın Şərq və Avrasiya bölgələrində hava limanı, dəmir yolu, xəstəxana və enerji stansiyası kimi layihələrdə mühüm işlərə imza atıb və bunları uğurla başa çatdırıb. Bu şirkətlərdə çalışan türk mühəndisləri beynəlxalq aləmdə bir növ həll ortağı kimi tanınır və ciddi nüfuz qazanırlar.
Ailədən və sosial mühitdən uzaq qalmaq da asan deyil…
Lakin bu prosesin göründüyü qədər asan olmadığını da etiraf etmək lazımdır. Çalışılan ölkələrdəki siyasi qeyri-sabitlik, vətəndaş müharibəsi riski və ya təhlükəsizlik təhdidləri türk mühəndisləri çətin şəraitlərə hazır olmağa vadar edir. Çox zaman yüksək təhlükəsizlik tədbirləri altında və məhdud hərəkət azadlığı ilə çalışmaq məcburiyyətində qalırlar. Digər tərəfdən, ailədən və sosial mühitdən uzaqda qalmaq uzunmüddətli psixoloji yorğunluğa səbəb ola bilər. Uşaqlı ailələr üçün bu vəziyyət daha da çətinləşir. Eyni zamanda, bəzi layihələrdə qarşılaşılan səhra iqlimi, yetərsiz infrastruktur və zəif logistika dəstəyi kimi amillər həm fiziki, həm də idarəetmə baxımından əlavə səy tələb edir.
Türk mühəndislər xarici işəgötürənlərin diqqətini çəkir, amma…
Xaricdə çalışan bir türk mühəndis üçün çoxşaxəlilik demək olar ki, zərurətə çevrilir. Sahədə yalnız rəsmləri oxumaq və ya hesablamalar aparmaq kifayət etmir; yerli işçi qüvvəsi ilə effektiv ünsiyyət qurmaq, inzibati hesabatları hazırlamaq və böhran anlarında liderlik nümayiş etdirmək də vacibdir. Bu məqamda türk mühəndislərin intizamlı, sahəyə hakim və praktik yanaşmaları bir çox xarici işəgötürən tərəfindən yüksək qiymətləndirilir. Lakin bəzən texniki dəstəyin yetərsizliyi və ya çətin şəraitdə tək buraxılmaları halları da baş verir. Bundan əlavə, layihələrdə tez-tez rast gəlinən dizayn boşluqları, tender sənədlərindəki nöqsanlar və ya səhv material planlamaları kimi problemlər sahədəki mühəndisi daimi böhran idarəçisi roluna salır.
Yalnız texniki biliklə olmaz
Bütün bu yaşantılar fonunda demək olar ki, xaricdə inşaat mühəndisi kimi çalışmaq, əslində bir universitetdə magistr təhsili almaq kimidir. Bu prosesdə uğur yalnız texniki biliklə deyil, səbir, dözüm, mədəni uyğunlaşma və davamlı öyrənmə istəyi ilə mümkündür. Gənc mühəndislərə tövsiyəm budur ki, qarşılaşdıqları hər layihəni inkişaf platforması kimi görsünlər, çətinliklərdən qaçmaq əvəzinə onları fürsətə çevirərək həm peşəkar, həm də şəxsi baxımdan özlərini inkişaf etdirsinlər.
Sonda vurğulamaq istərdim ki, türk mühəndislərinin xaricdə daha təsirli və davamlı şəkildə fəaliyyət göstərə bilməsi üçün dövlət və özəl sektorun birgə hərəkəti olduqca vacibdir. Xaricdə qazanılan təcrübələrin sistemə daxil edilməsi və gənc mühəndislərə bu yolda bələdçilik edilməsi həm fərdi karyeralara, həm də ölkəmizin mühəndislik gücünə mühüm töhfələr verəcəkdir.
Adil Alper Coşkun
Müəllif haqqında:
Adil Alper Coşkun – inşaat mühəndisi və layihə idarəçiliyi üzrə mütəxəssisdir. 15 ildən artıq müddətdə Yaxın Şərq, Afrika, Balkanlar və Qafqaz bölgələrində iri miqyaslı diplomatik, hərbi və sənaye layihələrində sahə mühəndisi, keyfiyyət meneceri və layihə rəhbəri kimi çalışıb. Hazırda beynəlxalq bir layihədə məsləhətçi kimi fəaliyyət göstərir və qlobal inşaat sektorunda türk mühəndisliyinin dəyərini artırmaq üçün çalışmalarını davam etdirir.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMərkəzi Bank tender elan edib
10.12.2025Alimentlə bağlı yeni QAYDA
10.12.2025Diplomatlar attestasiyadan keçəcəklər - Qaydalar müəyyənləşdi
10.12.2025Baş nazir iclas keçirdi - Tapşırıqlar verildi
10.12.2025“Yüksəliş” müsabiqəsinin keçirilməsinə 1 milyon manat ayrıldı
10.12.2025Prezident rektoru işdən çıxardı - Yeni təyinat
10.12.2025Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə - Cinayət işi açıldı
10.12.2025"Xiaomi" gəlirsizlik səbəbindən 1000-dən çox mağazanı bağlayacaq
10.12.2025Yeni icra başçısı daha bir məmuru işdən çıxardı
10.12.2025Əsas kapitala 16 mlrd. manatdan çox investisiya yönəldilib
10.12.2025BP Cəbrayıla 13 milyon dollarlıq günəş panelləri gətirib
10.12.2025Azərbaycanda hotel şirkətinə yeni direktor təyin edilib
10.12.2025Nazirlik rəsmisi: Bəzi qanunlar müasir çağırışlarla uzlaşmır
10.12.2025Bakı–Bratislava birbaşa uçuşları başlayır
10.12.2025Süni intellekt 2026-da bütün qaydaları dəyişəcək
10.12.2025Məzuniyyətlə bağlı nələr dəyişir? - Şöbə müdiri açıqlayır
10.12.2025Keçmiş hakimə yeni vəzifə verildi
10.12.2025BDU-dan 10 gündə 36 milyonluq müqavilə
10.12.2025
Azərbaycanda orta aylıq əməkhaqqı 1 086 manat oldu
10.12.2025