BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8221
  • 1 Rusiya rublu
    0.0195
  • 1 Türkiyə lirəsi
    0.0517
  • 1 İngiltərə funt sterlinqi
    2.1525
49770

Mövzu ilə bağlı “vergiler.az”ın sualına vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir.

2023-cü ilin sonuna qədər qüvvədə olan Vergi Məcəlləsinin tələblərinə əsasən, yükdaşıma və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər dövriyyədən vergi ödəmirdilər. Onlar “Fərqlənmə nişanı” almaqla il ərzində fəaliyyətlərini davam etdirirdilər və bunun üçün ödəniş edirdilər.

Lakin 2024-cü ildən Vergi Məcəlləsinin 218.4.1, 220.5, 221.4 maddələrində edilmiş dəyişikliklərə əsasən, artıq yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əvvəlki kimi “Fərqlənmə nişanı”na görə deyil, dövriyyədən vergini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Yəni dövriyyəsi 200.000 manata qədər təşkil edən və vergi ödəyicisi olmayan şəxslərə (vətəndaşlara) xidmət göstərənlər sadələşdirilmiş vergi kimi 2 faiz dərəcə ilə vergi ödəyəcəklər. Vergi ödəyicilərinə xidmət göstərən və dövriyyəsi 200.000 manata qədər olan, həmçinin 75% güzəşt hüququndan istifadə edə bilən şəxslər gəlir (mənfəət) vergisini hesablayıb dövlət büdcəsinə ödəməli olacaqlar. Əvvəlki 12 aylıq dövriyyəsi 200.000 manatdan artıq olan vergi ödəyiciləri isə ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınmalı, ƏDV və mənfət vergisi ödəməli olacaqlar.

Misal 1: Yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxs 2024-cü ilin 1-ci rübü ərzində vətəndaşlara yüklərin daşınması ilə əlaqədar 15.000 manat gəlir əldə edib. Bu zaman həmin şəxs 2024-cü ilin 1-ci rübü üçün 300 manat vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir:

15.000 x 2% = 300 manat.

Misal 2: Yükdaşıma fəaliyyəti ilə məşğul olan və orta aylıq 3 işçisi olan şəxs 2024-cü il ərzində vergi ödəyicilərinə yükdaşıma xidməti göstərib və illik gəliri 90.000 manat, gəlirdən çıxılan xərcləri isə 15.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi, Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən, mikro sahibkarlıq subyekti kimi gəlir (mənfəət) vergisi üzrə 75% güzəşt hüququndan istifadə edə bilər. Belə olan halda, onun büdcəyə ödəməli olduğu illik vergi məbləği 3.750 manat olacaq:

90.000 – 15.000 = 75.000 manat;

75.000 x 75% = 56.250 manat;

75.000 – 56.250 = 18.750 manat;

18.750 x 20% = 3.750 manat.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dəyəri ən çox azalan 10 futbolçu açıqlandı

Gəlirli məhsuldur - Fermerlər əkin sahələrini genişləndirir

Alimlər yeməli paltar istehsal edən maşın yaratdılar (VİDEO)

Rusiya pilotlar üçün “son nəfəs” cihazı hazırlayır

"WorldSkills Russia"ya qarşı 11 iddia qaldırıldı

Analitik: Ukraynanın iqtisadi inkişaf modeli kollapsa uğrayır

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" məhkəmə qarşısında

McDonald's daha dondurmaya donuz əti qatmayacaq – Sİ-dən istifadə dayandırıldı

Aİ Ukrayna üçün nəqliyyat vizasısız rejimini bir il də uzatdı

"Cənnət Park"məhkəməyə verildi

Bloomberg: Kanada da Çin elektromobillərinə tariflər tətbiq etməyə hazırlaşır

Təbiət hadisəsi nəticəsində təsərrüfatına ziyan dəyən fermerlərin DİQQƏTİNƏ

Penitensiar Xidmətdə yarım milyonluq təmir

"Bakı Süd Co" "İcbari Tibbi Sığorta" haqqında qanunu pozub?

"SANTEX-MONTAJ-2000" cərimələndi

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi: daha 11 fiziki şəxs və 42 şirkət

"İsitech" şirkəti gömrük qaydalarını pozub?

Direktor uşaq bağçasında 105 min manat mənimsədi - Cinayət işi başlandı

İşçilərin əmək məzuniyyəti hüquqları necə tənzimlənir?

Daha bir "tender kralı" etibarsız təchizaçtı elan edildi

Nazirlik 133 min manatlıq gül alır

Azərbaycanda ağıllı axtarış aparan süni intellekt məhsulu hazırlanıb

Namik Xıdırova yüksək vəzifə verildi

Namik Xıdırova yüksək vəzifə verildi

Dövlət Xidmətindən “Lalafo.az” və “Tap.az” istifadəçilərinə XƏBƏRDARLIQ

Türkiyənin bu addımı dünya bazarında qiymətləri ucuzlaşdırdı

Hansısa sığorta şirkətinin bazarı tərk etmək ehtimalı var? - Rəsmi açıqlama

Kirayə mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxsləri üçün kompensasiyanın məbləği təsdiqlənəcək

Neft Fondunun büdcəsinə təklif olunan dəyişikliklərin detalları açıqlanıb

Məcnun Məmmədov Dövlət Toxum Fondunda baş verənlərə reaksiya verməkdən yayınır

Məcnun Məmmədov Dövlət Toxum Fondunda baş verənlərə reaksiya verməkdən yayınır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin