BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8395
  • RUB
    0.0176
  • TRY
    0.0496
  • GBP
    2.2101
50349

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 28-ci Baş Assambleyası çərçivəsində inzibati sessiya keçirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Valyuta.az xəbər verir ki, Baş Assambleyanın inzibati sessiyasında IOTA prezidenti, Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaquyhelyi çıxış edib. 2023-2024-cü illər üzrə prezidentliyi barədə məlumat verən Ferens Vaquyhelyi bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib.

Baş Assambleyanın inzibati sessiyasında 2024-2025-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli seçilib. Sessiya çərçivəsində 2024-2025-ci illər üzrə IOTA İcraiyyə Şurasının üzvləri də seçilib. İcraiyyə Şurasında Belçika, Estoniya, Finlandiya, Macarıstan, Rumıniya, İsveçrə və İsveç təmsil olunacaq. Qurumun prezidentliyini həyata keçirən Azərbaycan DVX İcraiyyə Şurasına sədrlik edəcək.

Sessiyada çıxış edən DVX-nin rəisi Orxan Nəzərli beynəlxalq vergi sistemində müasir trendlər və çağırışlar, vergi inzibatçılığının ortamüddətli dövr üçün prioritet inkişaf istiqamətləri barədə danışıb. Qeyd olunub ki, vergi inzibatçılığı yüksək səriştə, məlumatlılıq və strateji yanaşmalar tələb edən dinamik sahədir. Xidmət rəisi bildirib ki, son illər vergi sistemlərində qloballaşma və rəqəmsallaşma nəticəsində müəyyən transformasiya müşahidə olunur. Beynəlxalq miqyasda bu transformasiya mükəmməl və müasir vergi sisteminin təşkilini, çağırışlara cavab vermək üçün vergi administrasiyalarının əməkdaşlığının gücləndirilməsini tələb edir.

Orxan Nəzərli Dövlət Vergi Xidmətinin IOTA-ya prezidentliyini ilk dəfə icra edəcəyini diqqətə çatdıraraq, iştirakçıları planlar barədə məlumatlandırıb. Bildirib ki, qarşıdakı dövr ərzində IOTA çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılması üçün bütün səylərin səfərbər edilməsi nəzərdə tutulur.

Orxan Nəzərli vergi administrasiyaları tərəfindən effektiv mexanizmlərin tətbiqi məqsədilə müasir tendensiyaların yaxından izlənilməsinin vacibliyini qeyd edib. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetiriləcəyini bildirən DVX rəisi Assambleyanın  potensialının gücləndirilməsinin və imkanlarının artırılmasının  başlıca prioritetlərdən olacağını vurğulayıb. Xidmət rəisi IOTA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçiriləcəyini qeyd edərək bütün iştirakçıları ölkəmizdə təşkil olunacaq tədbirlər və planlaşdırılan təşəbbüslərdə fəal iştiraka dəvət edib.

Daha sonra IOTA prezidentliyinin rəmzi hesab edilən təşkilatın bayrağı Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının sədri Ferens Vaguyheyli tərəfindən Azərbaycanın Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29-la bağlı monitorinqlərin aparılması üçün Bakının bəzi küçələrində hərəkət istiqaməti dəyişdiriləcək

Dünyadakı ən uğurlu 10 startap

Banklar hansı hallarda oğurlanan pulları geri qaytarırlar? - RƏSMİ AÇIQLAMA

Azərbaycan vətəndaşları Türkiyədən 600-dən çox daşınmaz əmlak alıb

Hər hektarına 3,2 min manat əkin subsidiyası ödəniləcək

Bakı-Balakən dəmir yolu marşrutunun açılacağı vaxt bəlli olub

"Bravo" 80 qəpiklik qatığa görə 4 min manat cərimələndi

"Binance" 4 altcoin cütlüyünü ləğv edəcək - TƏFƏRRÜATLAR

"Binance" 4 altcoin cütlüyünü ləğv edəcək - TƏFƏRRÜATLAR

Bakının kanalizasiya şəbəkəsi 2040-cı ilədək düzələcək? - Baş planda nəzərdə tutulan İŞLƏR

Sabahın havası açıqlandı

BRICS ölkələri tərəfdaş dövlətin meyarları barədə razılığa gəliblər, 13 dövlətin siyahısı razılaşdırılıb

Nazir müavinindən "Bakıkart"la bağılı açıqlama

Buffett-dən investorlara xəbərdarlıq: Ucuz ətin şorbası olmaz! - GİZLİ TƏHLÜKƏ

Buffett-dən investorlara xəbərdarlıq: Ucuz ətin şorbası olmaz! - GİZLİ TƏHLÜKƏ

4 milyon manatlıq şirkət bağlandı

Prezident “BRICS+” formatında iştirak üçün Kazana səfər edib

Hər ay sağlamlığımız üçün pul ayırmalı olduğumuz nüanslar

Kamil Nəcəfov mərkəz direktoru TƏYİN OLUNDU

Külli miqdarda pul vəsaitlərini Azərbaycana qaytarmayan şəxslər həbs edildi

Paytaxtdakı bu svetoforların yaşıl işığının müddəti artırıldı

Ölkəmizdə diplomları tanınmayan universitetlərin SİYAHISI

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb

Azərbaycan startapı Qazaxıstanda mükafata layiq görülüb

BOKT-lar pul köçürmələri və valyuta mübadiləsi həyata keçirə bilər

Gəncənin və digər iki rayonun prokuroru dəyişdi (FOTO)

Azərbaycanda kreditlərlə bağlı YENİLİK olacaq

İdarəçilərin tez-tez dəyişməsinin şirkətin performansına təsirləri

İdarəçilərin tez-tez dəyişməsinin şirkətin performansına təsirləri

“McDonald's”ın səhmləri zəhərlənmə hadisələrindən sonra kəskin şəkildə düşdü

İş yerinizi dəyişməli olduğunuzu göstərən 8 səbəb

Bütün müavinət və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı

Dəniz suyu içməli suya çevrilir - QİYMƏTİ AÇIQLANDI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin