"Tesla" və "Samsung Electronics" 16 milyard dollarlıq çip müqaviləsi imzalayıb

Redaktor

28.07.2025 12:54
79

"Tesla" və "Samsung Electronics" 16 milyard dollarlıq çip müqaviləsi imzalayıb

"Tesla" şirkətinin baş direktoru İlon Mask (Elon Musk) bildirib ki, ABŞ avtomobil istehsalçısı "Samsung Electronics" ilə 16,5 milyard dollar dəyərində çip tədarükü müqaviləsi imzalayıb.

Valyuta.az xəbər verir ki, müqavilənin Cənubi Koreya şirkətinin zərər edən müqaviləli istehsalat bölməsinə təkan verməsi gözlənilir.

Maskın sözlərinə görə, "Samsung"un Texas ştatının Teylor şəhərində inşa etdiyi yeni zavod "Tesla"nın növbəti nəsil AI6 çiplərinin istehsalına həsr olunacaq. O, bu əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirib.

Hazırda "Samsung", "Tesla" üçün A14 çiplərini istehsal edir. AI5 çipləri Tayvanda və Arizonada "TSMC" tərəfindən hazırlanacaq, AI6 isə növbəti mərhələdə istehsal olunacaq. Müqavilə 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.

Bu razılaşma "Samsung"un müqaviləli istehsalat sahəsindəki rəqiblərinə, xüsusilə "TSMC"yə qarşı mövqeyini gücləndirməyə kömək edə bilər. Bazar tədqiqatlarına əsasən, "Samsung" bu sahədə 8 faiz, "TSMC" isə 67 faiz paya malikdir.

Müqavilə xəbəri "Samsung"un səhmlərinin 6 faizdən çox bahalaşmasına səbəb olub. Analitiklər bu addımın şirkətin 2025-ci ilin ilk yarısında 5 trilyon vonu (3,6 milyard dollar) keçən zərərlərinin azaldılmasına töhfə verəcəyini bildirir.

Müqavilənin ABŞ ilə Cənubi Koreya arasında davam edən çip və texnologiya üzrə ticarət danışıqlarına təsiri isə hələlik qeyri-müəyyəndir.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...