Süni intellekt nələri bacarmır?

Redaktor

24.07.2025 13:15
102

Süni intellekt nələri bacarmır?

Son illərdə süni intellekt texnologiya dünyasının ən populyar sahəsinə çevrilib. Ağıllı telefonlardakı səsli köməkçilərdən tutmuş film tövsiyə edən platformalara qədər həyatımızın hər nöqtəsində özünü göstərir. Lakin bəzi hallarda mürəkkəb problemləri saniyələr içində həll edə bilir, bəzən isə sadə bir zarafatı belə anlaya bilmir. Süni intellekt (SI) bir çox sahədə həyatımızı asanlaşdırsa da, hər mövzuda mükəmməl deyil. Bəs süni intellekt hansı sahələrdə uğurlu, hansı sahələrdə isə hələ də zəifdir?

Valyuta.az bu yazıda süni intellektlə bağlı şişirdilmiş gözləntiləri və əsassız qorxuları bir kənara qoyaraq, onun həm üstün, həm də zəif tərəflərini təqdim edir.

Süni intellekt hansı sahələrdə güclüdür?

Süni intellektin ən uğurlu olduğu sahələr əsasən böyük həcmli verilərin olduğu, təkrarlanan və qaydalara əsaslanan tapşırıqlardır. Bu sahələrdə insan sürətini və məhsuldarlığını qat-qat üstələyir.

1. Verilənlərin təhlili və təkrarlanan tapşırıqlar

Milyonlarla sətrdən ibarət bir cədvəli insan həftələrlə incələyə bilər. Süni intellekt isə bunu bir neçə dəqiqəyə və səhvsiz həyata keçirə bilir. Maliyyə bazarındakı uyğunsuzluqları aşkar etmək, satış məlumatlarındakı gizli meyilləri tapmaq və ya fabrikdəki istehsal prosesini izləmək kimi tapşırıqlar süni intellektin ən güclü tərəflərindəndir.

2. Şəkil və səs tanıma

Telefon kilidinin üz tanıma ilə açılması, sosial şəbəkələrdə fotolardakı şəxslərin avtomatik tanınması və ya səsli əmrlərlə köməkçi proqramların idarə edilməsi – bütün bunlar süni intellektin bu sahədəki nailiyyətləridir. Hətta tibbdə belə rentgen və MRT görüntülərində insanın gözündən qaçan xırda detalları aşkar edərək erkən diaqnoz üçün həlledici rol oynayır.

3. Fərdiləşdirilmiş tövsiyələr

"Bu filmi bəyənə bilərsiniz" və ya "Bu məhsulu alanlar bunu da aldı" kimi ifadələr arxasında da süni intellekt dayanır. Süni intellekt istifadəçilərin izləmə, dinləmə və alış-veriş vərdişlərini analiz edərək fərdi zövqlərə uyğun məzmun və məhsul təklif edir. “Netflix”, “Spotify” və “Amazon” kimi platformaların uğurunun əsas səbəblərindən biri də budur.

4. Strategiya oyunları

"Deep Blue"nun şahmat üzrə dünya çempionu Qarri Kasparovu "AlphaGo"nun isə Go oyununda ustaları məğlub etməsi SI-nin qapalı sistemlərdəki üstünlüyünü sübut edir.

Milyardlarla ehtimalı hesablayaraq ən doğru strategiyanı seçməkdə süni intellekt hələ də insan beynindən irəlidədir.

Süni intellekt hansı sahələrdə zəifdir?

Süni intellekt verilərlə işlənən və qaydalara əsaslanan məsələlərdə uğurlu olsa da, insan duyğusu və sağlam düşüncə tələb edən sahələrdə çatışmazlıqları açıq şəkildə görünür.

1. Məntiqi nəticə çıxarma

Bir insana “Soyuducuya fil sığarmı?” deyəndə dərhal “Xeyr” cavabını alarsınız. SI isə bunun üçün ölçülər və faktlara əsaslanmalıdır, çünki onun real dünyaya dair ümumi anlayışı yoxdur.
Məsələn, bir çətirin yağışdan qoruduğunu “bilir”, amma islanmağın niyə problem olduğunu anlamaq üçün izah tələb edir.

2. Emosional zəka və empatiya

Süni intellekt mətnlərdəki sözlərə əsaslanaraq hissləri müəyyən edə bilər, lakin insanın səsindəki titrəyiş, üz ifadəsindəki incə dəyişiklik və ya pauzanın səbəbini anlaya bilmir.
Bu səbəbdən empatiya qurmaq və dərin insani münasibətləri anlamaq onun üçün mümkünsüzdür. Yəni bir psixoloqun və ya yaxın bir dostun yerini tuta bilməz.

3. Yaradıcılıq və orijinallıq

Süni intellekt artıq şəkil çəkə, musiqi bəstələyə və şeir yaza bilir. Lakin bunu mövcud sənət nümunələrindən öyrəndiyi formaları birləşdirərək edir. Öz daxili duyğularına və təxəyyülünə əsaslanan orijinal ilham mənbəyi yoxdur. Nəticələr texniki baxımdan maraqlı olsa da, insan yaradıcılığındakı “ruh” onlarda çatışmır.

4. Etik və əxlaqi qərarlar

Süni intellektin ən uğursuz olduğu sahələrdən biri əxlaqi dilemma vəziyyətləridir. Məsələn, qəza zamanı avtonom avtomobilin sərnişini, yoxsa piyadanı xilas etməli olduğunu seçmək kimi hallarda qərar verməkdə çətinlik çəkir. Əxlaq və dəyərlər fərdi, mədəni və kontekstualdır, bu səbəbdən riyazi düsturlarla həll edilə bilməz.

Süni intellekt bir gün insan qədər ağıllı ola bilərmi?

Bu sual "ağıllı" anlayışının necə tərif edilməsindən asılıdır. Əgər zəka konkret vəzifələri sürətli və səhvsiz yerinə yetirmə bacarığıdırsa, süni intellekt artıq bir çox sahədə insanı geridə qoyub. Lakin əgər zəka sağlam düşüncə, empatiya, yaradıcılıq və şüur kimi anlayışları əhatə edirsə, Süni intellektin insan səviyyəsinə çatması üçün hələ uzun bir yol var.

Sərvanə Rəmixanova

Süni intellekt nələri bacarmır?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...