Bu 5 əsas ölkəyə məhsul sataraq, milyonlar qazanmışıq - CƏDVƏL

Redaktor

31.07.2025 14:50
251

Bu 5 əsas ölkəyə məhsul sataraq, milyonlar qazanmışıq - CƏDVƏL

Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi açıqlanıb. 

Valyuta.az rəsmi sayta istinadən xəbər verir ki, Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında birinci yerdə qonşu Rusiya yer alıb. Bu ölkəyə hesabat dövründə 143,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Ötən ilin eyni dövründə isə kateqoriya üzrə rəqəmlər 114,7 milyon ABŞ dollarını göstərirdi. 

Müqayisə etdikdə demək olar ki, Rusiyaya ixrac olunan qeyri-neft məhsullarının ixracı üzrə gəlirlərdə 28,4 milyon ABŞ dolları və ya 24,76% artım olub. 

Siyahıda 2-ci yerdə qonşu ölkə Türkiyə qərarlaşıb. Bu ölkəyə ixrac olunan qeyri-neft məhsulları üzrə gəlirlər 35,9 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə isə bu gəlirlər 42 milyon ABŞ dolları olub. Beləliklə, qonşu ölkəyə ixrac olunan qeyri-neft məhsulları üzrə ixrac gəlirlərində 6,1 milyon ABŞ dolları və ya 14,5% azalma müşahidə olunub. 

Siyahıda yer alan bir digər qonşu ölkə Gürcüstandır. Gürcüstana bu ilin iyun ayında 29,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları satılıb. Ötən il isə bu göstərici üzrə rəqəmlər 17,9 milyon ABŞ doları təşkil edib. İllik müqayisədə bu ölkəyə ixrac olunan məhsullar üzrə gəlirlərdə 11,4 milyon ABŞ dolları dəyərində və ya 63,68% artım qeydə alınıb. 

4-cü yerdə 23,6 milyon ABŞ dolları ilə İsveçrə yer alıb. İsveçrəyə ixrac olunan qeyri-neft məhsulları üzrə gəlirlər 9,3 milyon ABŞ dolları və ya 69,78%  artıb. Belə ki, ötən il İsveçrəyə 13,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları satılıb.

Sonuncu – 5-ci yerdə isə 19,3 milyon ABŞ dolları ilə Ukrayna qeydə alınıb. Ötən il isə Ukraynaya 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Nəticədə bu ölkəyə ixrac olunan qeyri-neft məhsullarından əldə olunan gəlir 8,5 milyon ABŞ dolları və ya 78,70%  artıb.

 

Sərvanə Rəmixanova

Bu 5 əsas ölkəyə məhsul sataraq, milyonlar qazanmışıq - CƏDVƏL

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...