Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb
Beynəlxalq Əmək Təşkilatı ("BƏT") ötən il qlobal işsizlik səviyyəsinin tarixi minimum olan 5 %-də sabit qaldığını və 2025-ci ildə də bu səviyyədə qalacağını bəyan edib.
Valyuta.Az xəbər verir ki, təşkilat qlobal iqtisadi yavaşlamanın ötən ilki 3,3 %-lik səviyyədən sonra bu il təxminən 3,2 %-ə enəcəyini və orta müddətli dövrdə bu yavaşlamanın yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıracağını bildirib.
"BƏT"İn qlobal məşğulluq və sosial tendensiyalar barədə əsas hesabatında deyilir: "Qlobal iqtisadiyyat mülayim templə artmağa davam edir, lakin tədricən dinamika itirir və daha güclü və davamlı əmək bazarının bərpasını əngəlləyəcəyi gözlənilir."
"BƏT" cari 5 %-lik qlobal işsizlik səviyyəsinin 1991-ci ildən bu yana aparılan məlumat bazasında ən aşağı göstərici olduğunu və bu rəqəmin 2026-cı ildə 4,9 %-ə enəcəyini proqnozlaşdırıb.
Ölkələr və yaş qrupları üzrə işsizlik
Hesabatda vurğulanır ki, bəzi ölkələr və əhali qrupları bu müsbət meyildən yararlana bilmir. Xüsusilə gənclər arasında işsizlik göstəricisi 12,6 %-lə xeyli yüksəkdir.
Son illərdə bəzi Avropa ölkələrində işsizliyin azalması müşahidə olunsa da, Cənubi Afrika kimi ölkələrdə 2024-cü ildə işsizlik səviyyəsinin 30 %-dən yuxarı olacağı ilə bağlı yüksək rəqəmlər qeyd olunub.
"BƏT"in baş direktoru, Toqonun keçmiş baş naziri Gilbert Honqbo inkişaf edən əmək bazarının qarşısındakı maneələri aradan qaldırmaq üçün cəsarətli addımlar atmağa çağırıb. Hesabatın ön sözündə Honqbo bildirib: "Dünya, insana layiq iş yerləri yaradan yeni sosial ədalət yanaşmalarını qəbul etməlidir."
84 səhifəlik hesabatda həmçinin təhsil investisiyaları vasitəsilə iş yerlərinin artırılması təklifləri və daha kasıb ölkələrdə inkişafı dəstəkləmək üçün miqrantların vətənlərinə göndərdikləri vəsaitlərdən yeni xüsusi fondların yaradılması təklifləri də yer alıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay