Silikon Vadisi startapları ötən il 90 milyard dollar sərmayə toplayıb
2024-cü ildə ABŞ-da ümumilikdə 178 milyard dollarlıq startap sərmayəsi qeydə alınıb.
Valyuta.az-ın verdiyi xəbərə görə, bu sərmayənin 90 milyard dolları Silikon Vadisi startaplarına yönəldilib. ABŞ-dakı ümumi sərmayə yatırımlarının 57%-ni Silikon Vadisi startapları təşkil edib. 2023-cü ildə isə bu göstərici 48% idi. Başqa sözlə, süni intellekt startaplarının yüksəlişi ilə Silikon Vadisinin ümumi sərmayədəki payı artıb.
Ümumi sərmayə baxımından ötən il dünya miqyasında 314 milyard dollarlıq startap yatırımı qeydə alınıb. Əvvəlki illə müqayisədə sərmayə məbləğinin artdığını qeyd etmək lazımdır. Xatırladaq ki, 2023-cü ildə qlobal olaraq 304 milyard dollarlıq sərmayə yatırımı edilmişdi.
90 milyard dollarlıq sərmayənin əhəmiyyətli bir hissəsinin süni intellekt həlləri təqdim edən şirkətlərə yönəldildiyi də vurğulanmalıdır. 2024-cü ildə ən çox sərmayə alan Silikon Vadisi startapları arasında 10 milyard dollar sərmayə ilə "Databricks", 6,6 milyard dollar sərmayə ilə "OpenAI", iki mərhələdə 12 milyard dollar sərmayə toplayan "xAI" və 8 milyard dollar sərmayə alan "Anthropic" kimi süni intellekt şirkətləri yer alıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay