Redaktor
“Paşa Sığorta” ötən il 9 milyon manatlıq tender udub - Cədvəl
“Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti ötən il ərzində 8 müxtəlif tenderin qalibi olub.
Valyuta.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Şirkətin qalibi olduğu ən iri həcmli tender ötən ilin iyul ayının 27-də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) keçirdiyi tender olub. Daşınmaz əmlakların sığortalanması (daşınmaz əmlakın könüllü sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) ilə bağlı olan tenderin nəticəsi olaraq “Paşa Sığorta” ilə İKZF arasında 4 milyon 804 min 578 manat dəyərində satınalma müqaviləsi imzalanıb.
“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu ən kiçik həcmli tender isə ötən il dekabrın 12-də “Qarabağ Dirçəliş Fondu”nun balansında olan nəqliyyat vasitəsinin “Kasko” sığortası xidmətinin satın alınması ilə bağlı olan tender olub. Fond ilə ASC arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 636 manat təşkil edib.
Ümumi olaraq ötən il ərzində “Paşa Sığorta” ASC-nin qalibi olduğu 8 tender nəticəsində qarşı tərəflərlə cəmi məbləği 8 milyon 873 min 642 manat olan satınalma müqavilələri bağlanıb.
“Paşa Sığorta” ASC-nin ötən il ərzində qalibi olduğu tenderlər və imzalanan müqavilənin məbləğləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
| Satınalan təşkilatın adı | Satınalma predmeti | İmzalanmış müqavilənin məbləği (manatla) |
| Azərbaycan Mərkəzi Bankı | Əsas vəsaitlərin sığortalanması xidməti | 209 910 |
| Qarabağ Dirçəliş Fondu | Fondun balansında olan nəqliyyat vasitəsinin “Kasko” sığortası xidmətinin satın alınması | 1 636 |
| Enerji Məsələlərinin Tənzimləmə Agentliyi | Agentliyin balansında olan avtonəqliyyat vasitələrinin könüllü ("Kasko") sığortalanması xidməti | 7 332 |
| Azərbaycan Mərkəzi Bankı | Bankın əməkdaşlarının tibbi sığortalanması xidmətinin satın alınması | 818 096 |
| İpoteka və Kredit Zəmanət Fondu | İnzibati binanın və avadanlıqların sığortalanması | 14 590 |
| "Azərkosmos" | “Azerspace-2” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması | 1 581 000 |
| İpoteka və Kredit Zəmanət Fondu | Daşınmaz əmlakların sığortalanması | 4 804 578 |
| "Azərkosmos" | “Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satın alınması | 1 436 500 |
| Cəmi | 8 873 642 |
Əvəz Həsənov
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025