BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
62138

Cənubi Koreyada yerləşən “DoubleU Games” şirkəti Türkiyənin mobil oyun startapı “Paxie Games”i almaq üçün müqavilə imzalayıb.

Valyuta.az xəbər verir ki, razılaşmaya əsasən, ilk mərhələdə “Paxie Games”in səhmlərinin 60 faizi “DoubleU Games” tərəfindən 27 milyon dollara alınacaq. Səhmlərin qalan 40 faizi müəyyən maliyyə hədəflərinin yerinə yetirilməsi şərti ilə növbəti üç il ərzində 40 milyon dollara çata biləcək əlavə ödənişlə alınacaq. Bir sözlə, bu məqsədlər reallaşarsa, “Paxie Games” “DoubleU Games”ə 67 milyon dollara satılacaq . Edilən açıqlamalara görə, alışın birinci mərhələsinin 2025-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

2021-ci ildə Direnç Çelik, Hüseyin Anıl Özmen, Refik Anıl Bulut və Sarenur Başel tərəfindən İstanbulda qurulan “Paxie Games” “Merge Studio: Fashion Makeover” oyunu ilə 25 milyondan çox istifadəçiyə çataraq ciddi uğur qazanıb. “Paxie Games” “Merge Studio” oyunundan əlavə “Tile Star” və “Mahjong Infinity” kimi oyunlar təklif edir.

Türkiyənin ən istedadlı komandalarından birinə sahib olduqları üçün təxminən 3 il kimi qısa müddətdə böyük nailiyyətlər əldə etdiklərini ifadə edən “Paxie Games” CEO-su Direnç Çelik bu müqavilə ilə şirkətləri üçün çox həyəcanlı bir böyümə dövrünə qədəm qoyduqlarını bildirib.

“DoubleU Games” Baş Maliyyə Direktoru Jay Choinun sözlərinə görə, onlar “Paxie Games”in alınması ilə həm böyümələrini sürətləndirməyi, həm də oyun portfoliolarını genişləndirərək yeni imkanlar yaratmağı hədəflədiklərini ifadə edir.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktida aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Hesablama Palatası: Bakı metrosu subsidiyadan təyinat üzrə istifadə etməyib

Naxçıvanda qanunsuz olaraq 133 min manat ünvanlı yardım ödənilib

Nazirlikdə yeni şöbə yaradıldı, rəhbər təyin edilib

“Yelo Bank”a departament rəhbəri təyin edildi

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Dövlət qurumu büdcədən götürdüyü 172 milyon manatı banka depozitə qoyub

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

AQTA-nın fəaliyyətində nöqsanlar aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin