DYP piyadalara müraciət edib

Redaktor

26.10.2024 10:41
279

DYP piyadalara müraciət edib

Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması piyadalar üçün bir sıra çətinliklər yaradıb.

Valyuta.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin hava şəraiti ilə bağlı piyadalara müraciətində deyilib.

Bildirilib ki, bir neçə gün əvvəl aramsız yağan yağışlar səbəbindən yollarda sürüşkənliyin, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına da təsirsiz ötüşməyib:

"Həmin ərəfədə 5 nəfərin həyatını itirməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən 11 piyadavurma hadisəsi qeydə alındı. Sözügedən qəzaların hamısının günün qaranlıq vaxtı - saat 18:30-23:00 radələrində baş verməsi isə təsadüfi deyildir. Təhlillər göstərir ki, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl edilməməsi, sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementlər olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır. Bununla yanaşı, bir sıra hallarda yol infrastrukturunun piyadayönümlü olmaması, bəzi küçələrin işıqlandırılmaması, yağmurlu havalarda səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud intizamsız sürücülərin məsuliyyətsiz davranışları da piyadalar üçün ciddi çətinliklər yaradır".

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha da diqqətli olmağa, sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır", - deyə müraciətdə bildirilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...