BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
54762

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçirilib. 

Majoritar seçki sistemi ilə keçirilən səsvermədə 125 yer uğrundə 990 nəfər mübarizə aparırdı. Deputat seçilən şəxslər içində yüksək vəzifəli şəxslər də var.  

Modern.az deputat seçilən məmurları təqdim edir.

Onlardan biri də Əli Əhmədovdur. O, 2013-cü ildə Baş nazirin müavini təyin edilib. Əli Əhmədov YAP-ın budəfəki siyahısında yeni adlardan biri olsa da, uzun illər Milli Məclisdə hakim partiyanı təmsil edib. O, II, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb. Əli Əhmədov 13 min 407 səslə (73,2 faiz) deputat seçilib. 

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb. İcra başçısı 12 min 942 səslə (80 faiz) deputat seçilib.

Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007–2013) kimi vəzifələrdə də çalışıb. O, 12 min 629 səslə (67,3 faiz) dairəsinin lideridir.

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edib və 5 min 752 səslə (36,5 faiz) mandat qazanıb. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə də 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürüb. O, namizədliyini 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən 12 min 396 səslə (60,3 faiz) deputat seçilib. 

49 saylı Abşeron ikinci seçki dairəsindən deputat seçilən Rizvan Nəbiyev Xarici İşlər Nazirliyinin Linqivistik Təminat İdarəsinin rəisi vəzifəsində çalışır. 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsinin lider namizədi Zaur Şükürov isə ölkəmizin Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkilidir.

Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov da deputat seçilənlər arasınadır. O,  19 iyul 1971-ci ildə Bakı şəhərində anadan anadan olub. Əslən Borçalı mahalındandır.  Sabiq deputat 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb. Azər Əmiraslanov Baş nazirin 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir. O, 108 saylı Ağstafa seçki dairəsindən deputat mandatı qazanıb.

48 saylı Abşeron birinci seçki dairəsindən deputat seçilən Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktorudur. 

50 saylı Abşeron üçüncü seçki dairəsindən 59 faiz səslə deputat seçilən Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır.

121 saylı Laçın seçki dairəsindən deputat mandatı qazanan Rövşən Muradov Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini vəzifəsində işləyir.
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da deputat seçilənlər arasındadır. O, 124 saylı Şuşa-Xocavənd-Ağdam seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Onlar mandatı təsdiq ediləndən sonra vəzifələrindən istefa verməli olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin