BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
25748

İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyev tərəfindən təsdiqlənən son dəyişikliyi şərh edib.

Valyuta.az xəbər verir ki, E.Əmirov yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artımın olacağını bildirib: “Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalarda buna uyğun artacaq”.

“Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib: “2022-ci ildə  ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub)  olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da  aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”.

E.Əmirov əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır: “Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

H.Əliyevanın ailəsinə qarşı cinayət törədənlər müəyyən edildi – Zərər ödənildi - YENİLƏNİB

Trampın 1 saata 10 milyard dolları keçən yeni kriptovalyutası

Mərkəzi Bank uçot dərəcəsini azaldacaqmı? - “Fitch Ratings”in proqnozu

Azərbaycanda Aliment Fondu yaradılacaq (VİDEO)

Kanadada 2025-ci il üçün vergi dərəcələri - Təhlil

XVIII əsrə aid məscidin bərpasına başlanılır - 70 min manat ayrıldı

Faktiki hava açıqlanıb

Yasamalda istehsala yararsız ətin satışının qarşısı alındı

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

"Dogecoin ETF"si təsdiqlənməsi və 2025-ci il "DOGE" proqnozları

Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri artıb

Azərbaycan nefti ucuzlaşıb

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat oğurlandı

ABŞ-də Ali Məhkəmədən "TikTok" qərarı - Sabaha qədər satılmazsa..

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı

2025-ci ildə qızıl investorları üçün perspektivlər: Nələr gözlənilir? - SƏHƏR OXUSU

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin